Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə121/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   117   118   119   120   121   122   123   124   ...   174
Mübariz  Yusifov

Şəhriyari-növcavan Sultan Camal ol  şah kim, 

Xosrovu-ali ələmdir valiyi vala himəm1 

Sultan Əbu-Əlfəzayil, Mir Əhməd ol mələk kim 

Bir bəhrdir ki, bulmaz əql ona hiç sahil.1

 2

Nizaminin  əsərlərində,  ümumiyyətlə,  türk  sözü,  türk 



adı  Azərbaycanlı  mənasında çox  böyük bir rəğbətlə xatırlanır. 

Nizami  igidlik,  qoçaqlıq,  qəhrəmanlıq  səhnələrini  təsvir 

etdiyi  məqamda  türk  adından  epitet  kimi  istifadə  edir, 

gözəllik,  etibarlılıq,  düzlük,  sədaqətlilik  anlayışlarını  bu  adla 

bağlayır.  Obrazların  dünyagörüşünü  təsvir  etdiyi  məqamda 

yenə  də  türk  (Azərbaycanlı)  adma  üstünlük  verir.  Aşağıdakı 

kimi  nümunələrdə  həmin  anlayışlar  qabarıq  şəkildə  öz 

ifadəsini tapır:



Türklərdən  çox ikən qoşunu rumun 

Hindi qılıncıyla etdi  səmigun.

.  X-Ş,  2004,  39.

Saçın ağ, saçın qara,  başında səngərmi  var? 



Türk ordusu elə bil zəncirlərlə çarpışar. 

S-X, 2004,  113.

Zorba türk borusu etdikcə şiddət 

Türklərin  qoluna gəlirdi  qüvvət 

İ, I,  2004,  325.



Türk ki, yəğma elədi,  kim dayanar önündə 

Evini hindli qula ismarlar hansı bəndə? 

S-X,  2004,  162.

1 Bax: Divani-Nizami Gəncəli.  (Türkcə (Azərbaycanca) qəsidələr, qəzəllər. 

Xədəviyyə nüsxəsi, Bakı, «Nurlar», 2006, (hazırlayan Dr. Hüseyn Şərqi.  Soytürk. 

Tehran nüsxəsi əsasında).

2 Bax:  Yenə orada, s.  16.


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin