Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə123/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   119   120   121   122   123   124   125   126   ...   174
Mübariz  Yusifov

Bir kürd vardı mallı, pullu, kefi  çağ 

Qurdun bəlasından sürüsü uzaq.

Onun türk baxışlı, xoş hindu xallı 

Bir qızı vardı ki, xeyli kamallı.

Y-G, 2004, 228-229.

Nizami  Adəm  haqqında  danışanda  onu  Xəta  (Çin) 

türkünə bənzədir:

Ay kimi şölə saldı, Xəta türkünə döndü 

Papağının altında Xəta zülfii göründü 

Bir yüngüllük gətirdi tövbə dağ cüssəsinə 

Yer üzündə Tanrının döndü xəlifəsinə.

S-X, 2004,91.

«Yeddi  gözəl»də  Zərdüştilər  haqqında  bəhs  edəndə 

onları əsli-nəcəbi rumlu olan bir türk kimi təsvir edir:

Bir zülmətdi  sqnki nurdan boğulur 

Ya lalə bitirmiş saçlarında hur 

Bir türkdü rumluydu əsli-nəsəbi 

Hindlilər göz nuru vermiş ləqəbi.

Y-G,  2004,  120.

Nizami  özünün  Azərbaycanlı  təəssüratı  ilə  gözəllərin 

Çindən, 


Hinddən, 

Ərəblərdən, 

Farslardan 

(Əcəmdən) 

olmasına  baxmayaraq  onların  təsvirində  «türk»  sözünü 

sevdiyi,  xoşladığı, rəğbət bəslədiyi bir epitet kimi  işlədir:



Çinli türk:  - Xəzər dağından Çin suyuna qədər 

Türklərlə doldudur bütün bu yerlər 

Bilirəm rumlan sevməyir bir türk 

Rumlara kinləri rusdan da böyük 



Türklərin  oxuyla yenə bu zaman 

Qabar əskik olmaz rus ayağından.

İ,  I, 2004,  322.

120



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin