Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə125/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   121   122   123   124   125   126   127   128   ...   174
M übariz  Yusifov

Gecə  türk üzlümü görmüşmü, nədir 

Xalımtək mənə bir hindli bəndədir. 

X-Ş,  2004,  367.

Mahir hindu onun könlünü çaldı 

Türk sfət hinddunun sorağın aldı 

X-Ş, 2004,  77.



Ə rəb-türk:

Həmən qəbilənin gözəl qızlan 

Aldı ortalığa bizim dildarı 

Ərəb torpağında türk idi  onlar 

Xoşdur ərəb boylu türk olan nigar 

L-M, 2004,  100.  '



Ə cəm  (İran)-türk:

Ərəb ayı kimi sifəti vardı 



Ə cəm  türkü kimi könül ovlardı. 

Saçları  gecəydi,  camalı bir bağ 

Sanki qara qarğa tutmuşdu çıraq 

L-M, 2004, 65.

Nizami  öz  Afaqı  (Appağ) haqqında danışarkən  sevgi və 

ehtiramla  onu  «türk  yarım»,  «türküm»  adlandırır  və  səmimi 

qəlbdən tərifləyir:

Kətan geyib gəlir ay camallı türk yarım 

Sökülmüş kətan kimi çatlayır dodaqlarım.

S-X,  2004,  84.

Əğyara qəzəbli, mənə mehriban 

Könül yoldaşımdı o nazlı canan 



Türklərtək olmuşdu bir köçə möhtac 

Türklərtək elədi  yurdumu yarac

Nizamido  azərbaycançtlıq

O türküm getdisə bir gün çadırdan 

Saxla türkzadəmi,  sən,  ey Yaradan.

X-Ş,  2004,  342.

«Xosrov  və  Şirin»də  Şirin  Xosrova  özü  haqqında 

danışanda  özünü  türk  adlandırır.  Xosrovu  isə  «sərxoş  türhrə 

(yəni  qəmi-dərdi  özündən  uzaqda  saxlayan,  həyatdan  zövq 

almağa meylli olan) bənzədir:

Qara gözlü türkəm, bu dam üstə mən 

Ağ hindi adını almışam  səndən.

X-Ş, 2004,  146.

Hinduların hələ atəşpərəstdir 

Sərxoş türklər kimi gözlərin məstdir.

X-Ş,  2004, 252.

Azərbaycanlı  təsəvvüründəki  türk  adı  Nizami  üçün  o 

qədər  doğmadır  ki,  hətta,  hər  hansı  bir  türk  əslli  şəxs  (istər 

adi  adam  olsun,  istər  hökmdar)  bir  naqis  iş  görürsə  onu  türk 

kimi  qəbul  etmək belə  onun əqidəsinə yad görünür.  Məsələn, 

«Sirlər  xəzinəsi»ndə  bir  zaman  dağ  kimi  ucalan  dövlətin 

qayğısız,  zalım  hökmdarların  ucbatından  dağıdıldığını  yanğı 

ilə  qələmə  alır.  İncidilmiş  bir qarının  dilindən  Sultan  Səncərə 

deyilir ki,  ədalətsiz  olduğun  üçün  sən  türk  deyilsən,  qarətkar 

bir  hindusan.  Yəni  ki,  türk varsa  o  ədalətlə  yanaşı  olmalıdır. 



Türk,  ədalətliliyi  həmişə  başı  üstündə  müqəddəs  bir  bayraq 

kimi  gəzdirib  dalğalandırmalıdır.  Poemanın  «Qarı  ilə  Sultan 

Səncərin hekayəsi» hissəsində deyilir:

Bəla görmüş bi qadın bağrı qan, gözü yaşlı 

Bir gün  Sultan Səncərin ətəyindən yapışdı. 

Kefli bir qarğa gəlib alt-üst etdi yerimi 

Şillə çəkdi  üzümə, yoldu birçəklərimi. 

Yaxamdan yapışır ki, de qatilin adını 

Filan gecə kim vurdu kənddə filan adamı 

Sərxoş qatil özüykən qırır qol-qanadımı





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin