Nizamidə azərbaycançılıq
Bizim hacı elə ki, Kəbədən geri döndü
Öz hindlisi önündə bir türk kimi göründü.
S-X, 2004, 162.
Türk kimi üstümü hücumla alsın
Bu qənd şirnisini aparsın o qənd.
X-Ş, 2004, 224.
Azərbaycanlı təəssüratı altında işlətdiyi türk adı ilə
gözəllik, əzəmət, sədaqətlilik, doğruluq kimi mənalar ifadə
edilir:
Heykələ vurmuşdu elə bir bəzək
Türklərin nəqşinə bağladı ipək.
İ, I, 2004,318.
Türk gözəli gülərkən qəndin qəlbi daralır
Ceyranların gözündən gözlər sürməni alır.
S- X, 2004, 84.
Lalənin bağrı qara-ərəb yavrusu kimi
Türk yasəmən Yəməndə süheyl ulduzu kimi.
S-X, 2004, 74.
Bu türk xasiyyətli dövran dörünkən
Hürmüzü eylədi ikicə gözdən
X-Ş, 2004, 110.
Nizaminin Azərbaycanın təəssüratı ilə təsvir etdiyi
hadisələr fonunda işlətdiyi türk adı ilə ya başqa xalqlara
məxsus yaxşılıqlar təsvir olunur, ya da Nizami obrazları
özlərinin yaxşı tərəflərini canlandırmaq üçün fəxrlə türklərə
məxsus olduqlarına diqqəti cəlb edirlər.
«Yeddi gözəl»də kürd qızı haqqında bəhs edilərkən
onun cəlbediciliyi türk qızlarmdakı işvəkarlığa bənzədilir:
^
119^
|