Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azorbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə130/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   126   127   128   129   130   131   132   133   ...   174
Nizamidə  azorbaycançılıq

deyil,  ədaləti  bərqərar  etmək  üçündür.  Ona  görə  də  Nizami 

İskəndərin  qələbəsini  özünün  qələbələri  kimi  təsəvvür  edir, 

öz  xalqının  zülm  və  ədalətsizliyə  üstün  gəlməsi  kimi 

işıqlandırır.

İskəndər  zənci  qoşunu  ilə  vuruşur,  qalib  gəlir.  Bu, 

xeyirin  şər  üzərindəki  qələbəsinin  nümunəsi  kimi  təsəvvür 

edilir.  İskəndərin  Dara  ilə  döyüşü  də  xeyirin  şər  üzərində 

qələbəsinin  rəmzi  kimi  qələmə  alınaraq  təsvir  edilir.  Nizami 

ədalətliliyi  hər  şeydən  üstün  tutub  onu  öz  xalqının  timsalında 

türk  adı  ilə  bağladığı  üçün  döyüşün  təsvirində  türklüyə  aid 

etiketlərdən, türk təşbehlərindən də istifadə edir:

Şeypurlar qoparır Aslan nərəsi 

Dimağı  doyurur naym nəfəsi.



Türk nayı qopardı elə bir şivən 

İgidlər coşaraq qopdu yerindən.

İ,  1,141.

Nizami  İskəndəri  ədalətin  bayraqdan  kimi  qələmə 

aldığı  üçündür ki,  İskəndərə aid döyüş səhnələrində türk adını 

epitet və  təşbeh  kimi  işlədir.  İsəkndərlə  Daranın  qarşılaşması 

səhnəsi  Firdovsinin  «Şahnamə»sində  də  vardır.  Bu  döyüş 

doğrudan  da  tarixdə  İskəndərin  qələbəsi  kimi  verilir.  Hər  iki 

şairin  təsvirində  bu  döyüşün  nəticəsi  birdir.  Fərq  odur  ki, 

Nizami  İskəndəri  Yunan  hökmdan  Filippin  oğlu  kimi  təsvir 

edir.  Firdovsi  isə bu məğlubiyyəti  özünə sığışdırmır.  Ona görə 

ki,  İran  şahlarının  sülalə  hakimiyyəti  arasındakı  bağların 

qırılmasını  qələmə  almaq  ona  çətin  görünür. 

Bunun 


nəticəsidir ki,  Firdovsi yalançı  dəlillər tapıb İskəndəri  Daranın 

oğlu  kimi  qələmə  verir.  Bəlkə  də  Firdovsi  həmin  fikri  ona 

görə  daha  ciddi-cəhdlə  canlandırır  ki,  eradan  əvvəl 

VI 


əsrin 

sonu  və  V  əsrin  əvvəllərində  İskəndərin  vətəni  olan 

Makedoniya  İranlılar  tərəfindən  zəbt  edilmişdi.  Sonra 

Makedoniya  hakimləri  istiqlaliyyət  əldə  edərək  güclü  bir 

dövlət  yaratdılar.  Firdovsi  isə  bu  tarixi  bildiyi  üçün  İranın 

məğlubiyyətini  aidiyyəti  olmayan  və  həqiqətə  yaxınlaşmayan

127




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin