Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə132/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   128   129   130   131   132   133   134   135   ...   174
Nizamidə  azərbaycançılıq

Nzami  İskəndəri  ədatəlliliyinə  görə  o  dərəcədə 

ideallaşdırır  ki,  hətta,  rusların  Bərdəyə  hücumu  və  buranı 

böyük  dağıntılara  məruz  qoyması  eramızın  944-cü  ilində  baş 

vermiş  olsa  da  Nizami  heç  bir  vaxt  Azərbaycanda  olmayan 

İskəndəri  eranın  o  biri  üzündən  çıxarıb  Bərdəyə  gətirir. 

Nizami  İskəndəri  İranda  müharibə  meydanlarına  cəlb  etdiyi 

halda  Azərbaycanda  onu  Nizaminin  ana  yurdunun  bir  guşəsi 

olan  Bərdənin  təcavüskardan  müdafiəsinə  cəlb  edir.  Tarixi 

mənbələrdə göstərildiyi kimi,  944-cü  il  Bərdə tarixinə  ağır və 

müsibətli  illərdən  biri  kimi  daxil  oldu.  Gəmilərlə  Xəzərdən 

Kür  vasitəsi  ilə  Bərdəyə  gələn  ruslar  şəhərin  müdafiəsini 

təşkil  etmiş  Salari  Mərzban  ibn  Məhəmmədin  deyləmilər  və 

yerli  könüllülərdən  ibarət  birləşmiş  qoşunun  müqavimətini 

qıraraq  şəhəri 

tutmuş, 


onu  talan  etmiş, 

müqavimət 

göstərənləri  qılıncdan  keçirmiş,  arvad-uşağı  əsir  almışdılar. 

Bərdə  şəhərinin  müqəddəratında  həlledici  rol  oynamış  bu 

faciə 

haqqında 



XI 

əsrin 


əvvəllərində 

yaşamış 


İbn 

Misqəveyih,  XIII  əsr  tarixçisi  ibn  Əl-Əsir  və  başqaları 

məlumat vermişlər».1

Nizami  İskəndərin  ruslarla  döyüşünün  sonunu  belə 

təsvir edir:

Çox can, baş itirən qırmızı ruslar 

Qırmızı rəngini itirdi naçar 

Ruslardan,  Burtasın aslanlarından 

Əsir düşdü yüz min qılınc oynadan 

Qalanlar yem oldu ac qılınclara 

Fitnəyə ölümdən başqa yox çara 

İskəndər düşmənə çalınca zəfər 

İşləri  oldu şux, lövhədən dilbər 

Endi  öz atından «zəfərdir» deyə 

Bildi ki, qovuşmuş bütün  diləyə

1

  Azərbaycan tarixi.  II cild, Bakı, «Elm», 2007, s.  225-226.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin