Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azorbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə135/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   131   132   133   134   135   136   137   138   ...   174
Nizamidə  azorbaycançılıq

ədalət  yayılmışdır.  Nizami  sənət  baxımından  olduğu  kimi, 

hikmət 

nöqteyi-nəzərindən 

də 

«iskəndərliyi» 



idealizə 

etmişdir.  Bu  yolla  o,  bəzən  anarxronizmə  də  yol  vermişdir. 

Məsələn,  İsknədəri  bir  müsəlman  kimi  Kəbə  ziyarətinə 

gətirmiş,  bir  türk  və  ya  qafqazlı  kimi  onu  ruslarla 

vuruşdurmuş, 

Bərdə 


hökmdarı 

gözəl 


Nüşabəni 

«ms 


vəhşilərinin əsarətindən» onun əli  ilə qurtarmışdır».1

İskəndərin  dövrü  eradan  üç  əsr  əvvəlki  tarixə  aiddir. 

Bərdə  döyüşü  isə  eranın  944-cü  ilində  baş  vermişdir. 

Bədiiləşdirmə üçün bu zaman  fərqi  şərt deyildir.  Əsas məsələ 

burada  Nizaminin  vətənpərvərlik  duyğusu,  vətən  sevgisidir 

ki,  şair bunu bədiiləşdirmə ilə ifadə etmişdir.  Ona qalmış olsa, 

tarixdə  heç  Nüşabə  hakimiyyəti  də  yoxdur.  Böyük  sənətkarın 

vətənpərvərlik  və  vətəndaşlıq  borcu  o  olmuşdur  ki, 

Azərbaycanın  qədim  və  zəngin  guşələrinin  birində  müstəqil, 

azad,  xoşbəxt,  firavan  bir  ölkənin  mövcudluğunu  bədii  dillə 

tarixiləşdirmişdir.  Bu  olduqca  təqdirəlayiqdir  və  Nizami 

tədqiqatçıları  da  bu  təqdirəlayiq  motivin  heç  vaxt  ziddinə 

getməmiş,  onu bir daha təqdir etmişlər.  Lap Nizaminin  öz dili 

ilə desək,

Çox incəlik gəzsək axtarsaq yəni 

Yalana aparar sözün yüyəni. 

Yazdığım sözlərə verməsəm zivər 

Yenilik verməz o köhnə nəğmələr. 

Qələmə gərəkdir elə söz almaq 

Şüurdan, ağıldan olmasın uzaq 

Parlaq inci kimi  düzülən sözlər 

Ağıla sığmazsa,  yalana bənzər 

Doğruya azacıq bənzəyən yalan 

Yaxşıdır yalana bənzər doğrudan.

İ, I, 2004,  57.

1

  Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, Azərbaycan Dövlət 



Nəşriyyatı,  1991, s.  130-131.



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin