Nizamidə azərbaycançılıq
axtanrdılar. Nizaminin cəmiyyəti əzab içində idi və bu
cəmiyyət əzablı həyatdan can qurtarmaq yolunu ölməz həyata
qovuşmada axtanrdı. Ancaq Nizaminin qəhrəmanı bu
nəticəyə gəlir ki, əbədi həyat cismani həyat deyil, mənəvi
həyatdır. Yəni bu dünyada yaxşı əməl qoyan insanlar ölüb
torpağa qarışsa da onlann yaxşı əməlləri zaman keçdikcə
yaşayacaqdır.
Müqəddəs «Quran»da
da
göstərilir ki,
insanlann mükafat və cəzalan onlann əməllərinə görədir:
«Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif
mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən
qafil deyildir» (Ənam (6), 132); «İman gətirib yaxşı ilər
görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqlan
(sakin olacaqlan) məva cənnətləri gözləyir» (Səcdə (32), 19).
Bunlar zülmün müqabilində cismani həyata qovuşmaq
xülyasına Nizaminin ibrətli cavabı idi. Bu cavabın bir hikməti
o idi ki, Nizami insanları xoş əməllərə, hökmdarları və ixtiyar
sahiblərini ədalətliliyə səsləyir. Bununla istəyirdi ki, onun ana
yurdunda əmin-amanlıq olsun, sülh olsun, ədalətlilik və
xoşbəxtlilik olsun. Onu da qeyd etmək lazımdır ki, Nizaminin
öz qəhrəmanını bilinməz yollarda, qaranlıqlarda əbədiyyət
axtarışına
göndərməsi,
bu
hadisələrin
kökü,
birbaşa
ümumtürk inamı fonundakı Azərbaycan mifoloji təfəkkürü ilə
bağlı olmuşdur.
Azərbaycan mifik təfəkküründə su həyatdır, su
əbədiyyətdir, su təmizlikdir, sirli yuxuları suya danışarlar və
s. Su mifi ilə əlaqədar Azərbaycan folklorunda aşağıdakı kimi
hikmətli sözlər də formalaşmışdır: «Su axdığı yerdən bir də
axar», «Su başdan bulanar», «Su kiçiyindir, yol böyüyün»,
«Su girdi qaba, oldu içməli», «Su murdarlıq götürməz»,
«Suyun lal axanı, adamın yerə baxanı», «Aydan arı, sudan
duru» və s.
Xəlil Əliyevin nüfık təfəkkürə aid tədqiqatında maraqlı
bir məqam qeyd olunur: «Mifologiyamızda türklərin yeraltı
çaylarla üzüb axirətə qovuşmaq inancı və inancla bağlı
Taqımasad tanrı obrazı
(yunanlarda Paseydon) olmuşdur.
|