Mübariz Yusifov
İskəndərin zülmətdə dirilik suyu axtarması hadisəsi də
miflə bağlıdır. Müqəddəs Quranda göstərilir ki, «Hər bir kəs
(canlı) ölümü dadacaqdır». (Ali imran (3), 185); «Harada
olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız
belə, ölüm sizi haqlayacaq» (Nisa, (4), 183); «Allah sizi
yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürücəkdir» (Nəhl
(16), 70).
Əlbəttə ki, Nizami bir müsəlman kimi bu Quran ayələri
ilə tanış olmuşdur. Onda nə üçün İskəndəri zülmətə dirilik
suyu ardınca yollayır? İskəndərin iştirak etdiyi bir məclisdə
dünyagörmüş qocalardan biri şaha deyəndə ki;
Yaşamaq istəsən dünya uzunu
Get keçirt əlinə həyat suyunu-
İ, I, 2004, 372.
Nizami belə deyir:
Bu sözdən utandı məclis qaldı mat
Qaranlıq bir yerdə olurmu həyat?
İ, I, 2004, 372-373.
Bəs nə üçün Nizami dirilik suyu axtanr və sonra da
dirilik suyu tapmayan qəhrəmanını məyus edir? Çünki İslama
qədərki dövrdə və hətta Nizami dövründə belə əbədi həyata
qovuşmaq arzusu ilə yaşayan, axtarışlar aparan böyük
şəxsiyyətlər, dövlət başçıları, igidlər, sərkərdələr olmuşdur.
Nizami İskəndər kimi böyük bir hökmdan dirilik suyu ardınca
göndərib sonra məyus etməsi ilə onu təsəvvürlərdə
canlandırmaq istəyirdi ki, həyat Allahın əlindədir. O yaradır,
o öldürür. Sonra da dirildir. İnsan özü özünü daim diri
saxlamaq
qüdrətinə
malik
deyildir.
Nizami
İskəndər
hadisəsini sadəcə ibrət kimi qələmə almışdır. Diri qalmaq
ideyası
daim
əzablar içində,
çətinliklərin zülmətində
çabalayan xalqın arzusu idi ki, insanlar nə zamansa bu
məhrumiyyətlərdən
xilas
olacaqlanna
ümid
yollan
132 -rw w o*
Dostları ilə paylaş: |