Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə144/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   140   141   142   143   144   145   146   147   ...   174
Mübariz  Yusifov

(Ey  peyğəmbər,  Adəm  əvvəlcə  sənin  torpağını  (səri- 

keyini)  verib  cənnəti  alıb.  Mələklərin  tənəsini  eşidib  (eşidib 

ki,  Allah  Adəmi  ona  görə  yaradıb  ki,  onun  nəslindən 

Məhəmməd  yaransın)  peşiman  olub  (yer  üzünə  qayıdıb). 

Namaz  qılanda  da  insanlar  torpağı  öpürlər.  Çünki  torpaq 

Məhəmmədin  adınadır və  Allah  xeyir-bərəkəti  torpağa verib. 

Nizami də torpağın müqəddəsliyini belə tərənnüm edir:

Bir az xəfif dəysəydi qəmzəsinin oxları 

Can düşüb qədəminə öpərdi torpaqları.

S-X,  2004,  84.

Dedim:  bir-iki  aya şahın hüzurunda mən 



Yeröpmə adətini təzələrəm  ürəkdən 

S-X,  2004,  56.

Nizami  əsərlərində  dövrün  şahlarını,  hökmdarlarım 

tərif  edir.  Doğrudanmı 

şahların,  hökmdarların  hamısı 

tərifəlayiqdir?  Doğrudanmı  onlar  haqq-ədalətin  bərqərar 

olunması üçün fədakarlıq göstərirlər? Əlbəttə ki, belə deyildir. 

Ancaq  Nizami  onları  tərif edir.  Ona  görə  ki,  insanlar  həmişə 

ixtiyar  sahiblərindən  ümid  gözləyir.  Nizami  onları  ona  görə 

ideallaşdırır  ki,  ədaləti  bərqərar  etmək  onların  əlindədir, 

firavanlıq  onlara  daha  yaxındır.  Dövrün  hökmdarlan  ibrət 

götürsün,  cəmiyyət  həyatında  yaxşılığa  doğru  bir  addım  ata 

bilsin. 

Diqqət 


yetirilsə, 

Nizaminin 

hökmdarlara 

aid 


təriflərində  sanki  fərq  yoxdur.  Çünki  hökmdarların  özündə 

fərqləndiricilik çox deyildir.

Nizamidə  tərbiyə  daha  çox  ictimai  xarakter  daşıyır. 

Tərbiyə  öyüd-nəsihət  ruhunda  olsa  belə,  real  həyati 

hadisələrlə əsaslandırılmış qaydada çatdırılır:

Dilini  saxlayanlar nə dolaşır, nə çaşır 

Hürmək yalnız qudurğan köpəklərə yaraşır.

Heç bir kəsə güvənmə,  açıq deyim qoy sənə 

Hətta,  öz kölgəni də yaxın bilmə özünə


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin