Mübariz Yusifov
3. Nağıl; dastan və əfsanə qaynaqlan
Nizaminin yaradıcılığında xalq ruhunu əsrlərdən-
əsrlərə yaşadan nağıl, dastan və əfsanə mövzulanndan
istifadəyə geniş yer verilmişdir. Nizami analitik təfəkkürə
malik bir şəxsiyyət olduğu üçün onun əsərlərində təkcə
Azərbaycan folklorundan yox, həm də Şərqin ən möhtəşəm
folklor nümunələri kimi yaranmış və Azərbaycan xalqı
içərisində yayılaraq bütövlükdə Şərq milli təfəkkürünün
məhsuluna çevrilmiş nümunələrdən də istifadə edilmişdir.
Belə folklor nümunələri Azərbaycan mühitində Azərbaycanlı
ictimai təfəkkürünün zənginləşdirilməsi baxımından olduqca
mühüm əhəmiyyətə malikdir. Nizami öz əsərlərində bütün
Şərq
aləminin
ictimai
təfəkkürünün
məhsulu
kimi
formalaşmış «Min bir gecə», «Sindbadnamə», «Tutinamə»,
«Kəlilə və Dimnə» kimi folklor nümunələrindən yaradıcılıqla
istifadə etmiş, onları Azərbaycan mühitində Azərbacyanlı
etnik təfəkkürü ilə dolğunlaşdırmış, cilalamış və bir qədər də
obrazlı desək, onlara Azərbaycanlı milli ruhu hopdurmuşdur.
Nizami
nəinki
Şərq
xalqlarında
yayılmış
folklor
nümunələrindən, eyni zamanda, təsvir etdiyi hadisələrə
uyğun olaraq Avropa və Afrika xalqlarına aid nümunələrdən
də yaradıcılıqla istifadə edir. Bu hadisələr Azərbaycan
mühitində yeniləşir və Nizami onları gələcəyə Azərbaycanlı
libasında təqdim edir. Azadə Rüstəmzadə Nizaminin Şərq
folklaruna müraciətini daha dolğun şərh edərək yazır: «... bu
o demək deyildir ki, Nizaminin Fərhadı, yaxud Şirini, Leylisi,
Məcnunu folklorda olan Şirin və Fərhadın, Məcnun və
Leylinin eyni olmuşdur. Nizami öz ölməz qəhrəmanlarının
surətlərini ucaldarkən bu nümunələrə istinad etsə də tarixi
salnamələrə və sələflərinə müraciətdə olduğu kimi, buradan
əxz etdiklərini də öz zəngin təxəyyül aləmində cilalayıb
pardaqlamış, onlara yeni ruh, yeni təravət, yeni məna və
Dostları ilə paylaş: |