Mzamido azorbaycançılıq
Nizaminin «Leyli və Məcnun»undakı hadisələr isə ərəb
folklorundan iqtibas deyildir. Burada Azərbaycan folkloruna
məxsus qaynaqlar çoxdur. Nizami də öz əsərində bu mövzunu
cilalayaraq onu ərəb, İran mühitindən Azərbaycan mühitinə
gətirmişdir. Nizaminin əsərlərində xalq arasında yayılmış
«Fərhad və Şirin», «Lelyi və Məcnun», «Şahzadə Bəhram»,
«İskəndərin padşahlığa çatması», «İskəndər Zülqəmeynin
İran padşahı ilə davası», «İskəndərin gündən xərac alması»,
«İskəndərlə
Ləl
Xiftən»,
«İskəndər
Zülqəmeynin
vəsiyyətləri», «İskəndərin zülmətə getməsi», «İskəndərin
həbəşlərlə davası», «İskəndər ilə Sərrac İmran», «İskəndər
Zülqəmeyn ilə üzük tapan çobanın nağılı», «İskəndərin
qayışbaldırlara rast gəlməsi», «İskəndər və fəqir», «İskəndər
və çoban», «Buynuzlu İskəndər», «İskəndər quş dili öyrənir»,
«Nüşabə padşahın nağılı», «Loğman», «Mərd ilə namərd»,
«Daranın nağılı» kimi folklor nümunələrinə istinad etməsi
istisna edilmir.1 Nizaminin Azərbaycan folklor qaynaqları ilə
əlaqəsinə dair maraqlı tədqiqatlar vardır.2 Bu tədqiqatların
daha da genişləndirilməsinə və dərinləşdirilməsinə ehtiyac
çoxdur.
Tədqiqatların genişləndirilməsi
belə bir faktı
dəqiqləşdirməyə yönəlir ki, Nizami hər cəhətdən öz xalqı, öz
milləti ilə bağlı bir şəxsiyyət olmuşdur. Onun hər misrasında,
hər beytində Azərbaycanın milli ruhu yaşayır.
1
Tağı Xalisbəyli. Nizami Gəncəvi və Azərbaycan qaynaqlan. Bakı, «Azərbaycan
Dövlət Nəşriyyatı», 1991, s. 87.
2
Tağı Xalisbəyli. Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Azərb.
Ped. İnst nəşriyyatı, 1988,; Tağı Xalisbəyli. Nizami Gəncəvi və Azərbaycan folkloru.
Bakı, Azərb. Dövlət. Ped. İnst. nəşriyyatı, 1990. Həmid Araslı. Nizami əsərlərinin el
variantları. Müqəddimə. Bakı, 1941; Həmid Araslı. Nizami və Azərbaycan xalq
ədəbiyyatı (məqalələr məcmuəsi), Bakı, 1947; Ə.Axundov. Nizami Gəncəvi və xalq
yaradıcılığı. Azərb. SSR EA xəbərləri. Bakı, 1954, №2; M.Əlizadə. Nizami
yaradıcılığında Azərbaycan folklorunun təsiri. «Ədəbiyyat qəzeti», 24 iyun 1938, №29;
S.Paşayev. Nizami və folklor. Bakı, 1976; S.Paşayev. Nizami və xalq əfsanələri. Bakı,
1983; Sabir Həsənzadə. Nizaminin «Xəmsə»də işlətdiyi Azərbaycan zərbi məsəlləri.
Gəncə, «İlkin» nəşr., 2005, s. 5-136.
151
|