Mübariz Yusifov
wm
dilin işlək fondundan çıxmışdır. Buna görə də Nizaminin
dilində işlədilmiş Azərbaycan sözlərinin tədqiqi bir tərəfdən
onun
«Xəmsə»sində
milliliyin
və
Azərbaycançılıq
ideyalarının
canlandınlmasmm
təhlili
baxımından
maraqlıdırsa, digər tərəfdən, türk dillərinin, eləcə də
Azərbaycan dilinin tarixi leksikologiyasma aid tədqiqatların
dərinləşdirilməsi baxımından etibarlı bir mənbə kimi
əhəmiyyətlidir. Nizaminin dilində işlənmiş aşağıdakı kimi
sözlər bu gün də Azərbaycan dilində işlənməkdədir:
Alaçuq. Alaçuq (alaçıq) sözü öz mənasını Azərbaycan
dilində indi də itirməmişdir. Bu söz, eyni zamanda,
dilimizdəki «dəyə» sözünün bir variantı kimi işlənir. Alaçıq
əvvəllər keçə örtüklə örtülürdü. Güman ki, alaçıq rəngbərəng
(göy və ya qara) rəngli keçələrlə örtüldüyü üçün ona alaçıq
adı verilmişdir. Dəyə hazırlanmasında isə daha çox çadırdan
istifadə edilir. Ancaq istisna deyildir ki, dəyə örtüyündə
keçədən də istifadə olunmasın.
Nizamidə alaçıq sözü belə işlənir:
Çe konəd be pa-ye pilan alaçuq-e torkmani?
Fil ayağı qarşısında türkmən alaçığı necə dayana bilər?.
(Rəsulzadə, 224,* 1.)
Alaçıq sözü xeymə, çadır, alaçıq, dəyə mənasında
Mahmud Kaşqaridə və başqa qədim türk mənbələrində də
qeydə alınmışdır: «Braman körkin belgürtip qariçantri
t(eginniq) alaçu tuşusunta yoriyur erkən». (Tanrı İndira)
brəhmən görkəmində şahzadə hariçandranın alaçığının
qarşısından keçdi.) (DTS, 33)**.
Alaçıq (aləçuq) sözü Həsən Zərinəzadənin «Fars
dilində Azərbaycan sözləri» kitabında da qeydə alınmışdır.*
1
* Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı. Azərbaycan Dövlət
Nəşriyyatı, 1991.
' Древнетюркский словарь, Ленинград, «Наука», 1969
1
Вах: Həsən Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. Bakı, Azərb. SSR EA nəşr..
1962, s. 147 (Bundan sonra: Zərinzadə).
Dostları ilə paylaş: |