Mübariz Yusifov
4. Nizamini iranlı hesab edənlər onda yanılırlar ki, onun
əsərlərində iranlılığa aid olan elə bir ciddi rəğbət görünmür.
Firdovsi ilə müqayisədə onu demək olar ki, Firdovsinin türk
etnosuna münasibəti nədirsə, Nizaminin
də iranlılığa
münasibəti
və
rəğbəti
o
qədərdir.
Başqa
xalqların
nümayəndələrinin Nizamini özününküləşdirmək cəhdinə
gəlincə onu demək lazımdır ki, onlar Nizamini düzgün başa
düşmək üçün
onun
əsərlərinin
məzmununa
diqqətlə
yanaşmalıdırlar. Nizaminin öz əsərləri onun şəxsiyyəti,
vətəni, milliyyəti, ailəsi haqqında bütün məlumatları tam əks
etdirdiyi halda Nizami barədə nə cür gəldi fikir söyləyən
tədqiqatçıların doğruya bənzəməyən yalanlarına istinad
etməyə yol verilməməlidir.
5. Nizaminin «Leyli və Məcnun» əsərindəki «Kitabın
yazılma səbəbi» hissəsindən görünür ki, onun Azərbaycan
dilində böyük divanı var imiş. Şair, bəlkə də «Leyli və
Məcnun»unu elə Azərbaycan dilində yazmaq istəyirmiş.
Lakin tələb başqa cür olmuşdur. Nizami tədqiqatçılarının ən
əsas vəzifələrindən biri, əvvəla, onun Azərbaycanca divanını
müəyyənləşdirməkdən
ibarətdir.
İkincisi,
Nizamidə
Azərbaycan sözlərinin, Azərbaycan atalar sözlərinin, zərbi-
məsəllərinin, hikmətli sözlərin araşdırılması həlli vacib bir
məsələ kimi qarşıda durur. Üçüncüsü, Nizaminin əsərlərində
Azərbaycan nağıl-dastanlarının, əfsanələrinin və digər folklor
növlərinin qaynaqları araşdırılmalıdır. Nəhayət, Nizaminin
əsərlərinin
tərcüməsi
məsələsinə
gəlincə,
tərcümənin
orijinala yaxınlığı dəqiqləşdirilməlidir. Nizami doğma vətəni
Azərbaycana öz ölməz əsərləri ilə adı tarixlərin yaddaşında
yaşayan əzəmətli bir abidə qoymuşdur.
Vətən övladları bu borcun müqabilində Nizami irsinin,
həmçinin, Nizami həqiqətlərinin tədqiqi və təbliğini Nizami
yə layiq şəkildə yerinə yetirmək üçün maddi, mənəvi və intel
lektual qüvvələrini səfərbərliyə almaqdan çəkinməməlidirlər.
166
Dostları ilə paylaş: |