Mübariz Yusifov
Tutuq (totoğ) sözünün Səfəvilər dövrü fars dilində
çadır, çadra, örtük, gizlilik, göy (səma) mənalarında işlədildiyi
də qeydə alınmışdır (Zərinəzadə, 209). Görünür, Nizami
dövründə bu söz onun poemalarına daxil olduqdan sonra fars
dilində ümumişlək leksik vahidlər sırasına daxil olmuşdur.
Tutmac. Tutmac sözü yemək adıdır. Nizamidə bu söz
belə işlədilmişdir:
Ari anra ke dər şekəm dohal əst
Bərge totmac ben ze bərg-e qol əst.
Aclıqdan qamı təbil kimi guruldayana
Gül yarpağmdansa tutmac yaxşıdır.
(Rəsulzadə, 225, 8).
Tutmac sözü qədim türk xalqlannda undan hazırlanan
bir yeməyin adıdır. Nizaminin vətəni Gəncədə indi də
məişətdə həmin yeməkdən hazırlanır. Tutmac əsas etibarı ilə
soyuq aylarda mədə-bağırsağı yumşaltmaq üçün hazırlanan və
yeyilən süfrə nemətidir. Tutmac yemək adı Mahmud
Kaşqarinin Divanında da qeydə alınmışdır. (DTS, 592, МК I,
452).
İylaq-süvari. İylaq sözü Azərbaycan dilindəki yaylaq
sözünün fars dilindəki variantıdır. Süvari isə atlı döyüşçü
mənasındadır. İylaq sözü yaylaq mənasında, süvari isə atlı
mənasında Nizamidə aşağıdakı kimi işlədilmişdir:
Borun şod əz iylaqiyan sərkeşi
Səvari şetabənde çun atəşi
Yaylaqlardan (dağlardan) bir süvari
Od kimi meydana atıldı
(Rəsulzadə, 225, 14)
Yaylaq sözü həm bu variantda, həm də yaylıq şəklində
qədim mənbələrdə yay istırahətgahı mənasında işlədilmişdir:
«Yaşıl qaya yaylağım» (Yaşıl qayalıqlı (yer) yaylağımdır);
«Ol qoym yaylaqda yazlattı» (O qoyunu yayda yaylaqda
Dostları ilə paylaş: |