Mübariz Yusifov
Bayraq mənasında: «Qazan bəyin qardaşı kafərin tuğilə
sancağı qılıcdadı, yerə saldı. (KDQİL, 151)*.
Vilayət, el mənasında: «Yügirmi dörd çancaq bəyi
gəlsin, dedi. (KDQİL, 151).
Həsən Zərinəzadə sancaq sözünün fars dində bir neçə
mənada işlədildiyini göstərir: 1) bayraq; 2) vilayətin bir
hissəsi, mahal; 3) qolun hissəsi; 4) sancaq (alət) (Zərinəzadə,
319). Görünür, sancaq sözü daha qədimdən fars dilinə keçmiş
və sonradan əlavə mənalarla birlikdə işlədilməyə başlamışdır.
Bayraq sözünün isə fars dilindəki adekvatları bunlardar:
1) beyrəq; 2) ələm; 3) pərçim.1
Nəzərə aldıqda ki, ələm sözü ərəb, bayraq və pərçim
(sancmaq) sözləri isə Azərbaycan dilinə məxsusdur, belə fikrə
gəlmək olur ki, farslar elə fars dilində olmayan sözləri başqa
dillərdən almağa məcbur olmuşlar. Nizami isə Azərbaycanlı
olduğu üçün bir beyt daxilində həm bayraq, həm də sancaq
sözlərini işlətmiş, ərəb mənşəli ələm sözünü işlətməyə
ehtiyac duymamışdır.
Bilək, bel. Bilək sözü Azərbaycan dilində işləkdir.
Nizaminin dilində də əlin dirsəkdən aşağıya qədər olan
hissəsi mənasında işlənmişdir: Bel sözü də işlək sözlərdəndir:
Həman bilzən mərd-e alət-şcnas
Könəd biləkəş-ra be bili qiyas
(Rəsulzadə, 224)
Bel vuran usta
Biləyini bel zənn edər
Bilək sözü fars dilində «(pənce) dəst» şəklindədir.1
2
Nizami mətnə uyğun olaraq Azərbaycan dilində mənanı daha
doğru və dürüst ifadə edən bilək sözünü işlətmişdir. Görünür,
* Kitabi-Dədə Qorqudun izahlı lüğəti. Bakı, «Elm»,
1999
1
Русско-персидский словарь. M., «Русский язык»,
1975
c 228 748
2
Русско-персидский словарь, с. 265.
160
Dostları ilə paylaş: |