Nizamidə azərbaycançılıq
Nizami fars dilində yazmış olsa da təfəkkür milli Azərbaycan
ruhundan gəlir. Bel sözü isə fars dilində də elə «bil» şəklində
işlədilir.1 Buradan da belə məlum olur ki, fars dilinə bu söz
Azərbaycan dilindən keçmişdir.
Tutuq.
Tutuq
sözü Nizamidə pərdə
mənasında
işlədilmişdir:
Ta tərəməş dər totoq-e nur bud
Xar ze qol ney ze şəkər dur bud
Onun lütfü işığın tutuğunda (pərdəsində)
Olarkən tikan güldən, qamış şəkərdən məhrum idi.
(Rəsulzadə, 225,7)
Fars dilində də örtük mənasında çiriş, rutəxti2 və pərdə3
sözləri olsa da Nizami bunların heç birini mətnə daxil
etməmişdir.
Mətndə
məna
Nizaminin
ana
dilindəki
düşüncəsinə uyğun gəlməsi üçün şair qədim Orxon-Ycnisey
abidələrində işlədilmiş və maneə, əngəl, ilişik mənasında
işlənmiş tıdığ sözünü yenidən dirildib tutuq şəklində onu
həyata qaytarır. Mətndən də aydın olur ki, tikana, gülə,
qamışa düşən işığın qarşısını pərdə ilə və ya başqa bir örtüklə
kəsmək, maneə yaratmaq mümkün deyildir. O işığın qarşısını
da bulud ala bilər, ya da gecənin qaranlığı. Buradan aydın olur
ki, Nizami sözləri necə gəldi, məna oxşarlığına əsasən
işlətmir. O seçir, axtarır, ən dəqiq və aydın sözlər axtarıb
mətnə daxil edir. Fars dilində belə söz yoxdursa, Nizami öz
ana dilinin qədimlərdən bəri formalaşdırdığı və hansıa
mənbədə qalmış milli sözlərindən istifadəyə meyl göstərir.
Bununla, bəlkə də Nizami, Azərbaycan dilində lazım olan
ifadələri çatdırmaq üçün müvafiq söz tapmaq çətindir,
deyənlərə cavab verir ki, belə sözlər var, sadəcə, zəhmət
çəkib axtarmaq lazımdır.
1
Русско -персидский словарь. M., «Русский язык», 1975, с. 303.
2
Русско -персидский словарь, с. 488.
3
Русско -персидский словарь, с. 221.
|