5. Nizaminin dilində Azərbaycan sözləri
Nizaminin dilində Azərbaycan sözlərinin işlədilməsinin
də özünəməxsus yeri yardır. Nizaminin dili Azərbaycan
sözləri ilə zəngindir. Ancaq Nizaminin Azərbaycançılığının
ən bariz göstəricisi oan bu faktik materialın tədqiqinə
indiyədək çox da artıq diqqət olmamışdır. Nizamidə milli
mədəniyyətin, milli mənəvi keyfıyyyətlərin və ictimai
təfəkkürün qaynaqlarından törəmiş atalar sözlərinin, zərbi-
məsəllərin, hikmətli sözlərin tədqiqi nə qədər vacibdirsə,
sözlərin tədqiqi və təhlili ondan qat-qat daha artıq vacibdir.
Atalar sözləri, zərbi-məsəllər və hikmətli sözlər nə dərəcədə
milli keyfiyyətləri əks etdirsə də onların formalaşmasında
sərhəd məhdudiyyəti olmayan təfəkkür tipologiyasının da
təsirini istisna etmək olmaz. Yəni ki, məsələn, «Dağ dağa rast
gəlməz, insan insana rast gələr» atalar sözünün fars dilində
«Kuh be kuh nə mirəsəd, insan be insan mirəsəd», «Az ye,
həmişə ye» atalar sözünün «Kəm-kəm mixor, həmişə mixor»,
«Ölənin dalınca danışmazlar» atalar sözünün «Əz kəse morde
bəd nəbayəd qoft», «Eşşək həmin eşşəkdir, palanı özgədir»
atalar sözünün «Xər həmin xərəst, çuli digərəst» kimi
variantları mövcuddur. Belə nümunələrin sayını artırmaq da
Dostları ilə paylaş: |