Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə153/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   149   150   151   152   153   154   155   156   ...   174
Nizamidə  azərbaycançılıq

məqsəd  vermiş,  yeni,  yalnız  özünəməxsus  bədii-romantik 

obrazlar səviyyəsinə qaldırmışdır».1

Nizaminin  «Sirlər  xəzinəsi»  poemasmdakı  mövzuların 

bir qismi  Nizamidən  bir  əsr  əvvəl  yaşamış  Məlikşahın  vəziri 

Nizamiülmülkün 

«Siyasətnamə»sindəki 

hekayələrin 

məzmunu  ilə  də  səsləşir.  Nəzərə  almaq  lazımdır  ki, 

«Siyasətnamə»də  qələmə  alman  hadisələr  də  başqa  bir 

məkanda  yox,  məhz  Azərbaycanda  baş  vermiş  hadisələrin 

hekayələşdirilmə 

variantıdır. 

Məsələn, 

Nizamiüllülkün 

«Siyasətnamə»sində  belə  bir  hadisə  təsvir  olunur:  Adil 

Nuşirəvanın  sərkərdələrindən  biri  bir  qarının  torpağını 

əlindən  alır.  Qarı  isə  öz  torpağına əvəz kimi  torpaq və ya pul 

istəyir.  Sərkərdə  isə  vermir.  Qarı  yol  üstündə  onu  gördükdə 

qışqırıb  haray  salır,  öz  tələbinin  ödənilməsini  istəyir. 

Sərkərdə  isə  heç  nə  olmamış  kimi  çıxıb  dedir.  Əlbəttə  ki, 

Azərbaycan  cəmiyyətində  belə  haqsızlıqlara  yol  verilməsi 

qeyri-adi  bir  hadisə  deyildi.  Nizami  isə  bu  hadisəni,  indiki 

dildə desək, bir az da «qloballaşdırır».  Onu Sultan Səncərə aid 

edir.  Məqsəd  bu  olur  ki,  Azərbaycanlı  ixtiyar  sahiblərini 

oyatsın.  Onların  beyninə  yeritsin  ki,  öz  xalqınıza  zülm 

etməyin.  Qoy  tarixlər  sizdən  ibrət  götürsün.  Ədalətli  olun  ki, 

zamanlar  sizi  rəğbətlə  xatırlasın.  Zülmkar  olsanız  həmişə, 

bütün zamanlarda adınız zalım kimi nifrət hədəfi olacaqdır.

Nizami  öz  əsərlərinə  Şərqdə  məşhur  olan  Qarun,  Nuh, 

Xızır,  Davud,  Süleyman  və  Bilqeyis,  «Yusif  və  Züleyxa», 

«Harut və Zöhrə» hadisələri ilə bağlı  mövzuları daxil edərkən 

onları 

Azərbaycan 

mühitində 

ibarətamiz 

məzmunla 

cilalayaraq  zənginləşdirmişdir.  Nizami  Şərqin  ən  ibarətamiz 

abidələrindən  biri  kimi  zaman-zaman  hindlilərə  aid  edilən, 

ancaq  daxilində  ümumtürk,  həmçinin,  Azərbaycanlı  etnik 

təfəkkürünün  izləri  açıq-aydın  görünən  «Kəlilə  və  Dimnə» 

hekayələrinə  də  müraciət  etmişdir.  Şərq  ədəbiyyatında 

«Kəlilə  və  Dimnə»nin  ilk  dəfə  fars  şairi  Rudəkinin  (IX-X 

əsrlər)  nəzmə  çevirdiyi  göstərilir.  «Kəlilə  və  Dimnə»

R.Azadə. Nizami  Gəncəvi. Bakı, «Elm»,  1979,  s.  179.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin