Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə149/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   145   146   147   148   149   150   151   152   ...   174
Nizamidə  azərbaycançılıq

«Olsam da xidmətdən bir müddət uzaq 

Daima sizinlə məşğulam ancaq».

X-Ş,  2004, 45-46.

Belə  başa  düşmək  olar  ki,  bir  müddət  Nizaminin  də 

hansısa  vəzifəsi  olmuşdur.  Ancaq  sonralar  unudulmuşdur. 

Ziya  Bünyadov  Nizaminin  var-dövlətini  hesaba  olaraq  yazır 

ki, 


«Məxzənül-əsrar»  əsərinə 

görə  Ərzincan 

hakimi 

Fəxrəddin  Bəhram  şah  ibn  Davud  (1162-1225)  ona  5000 

dinar,  beş  at  və  beş  qatır yükü  fəxri  geyim  verir.  Qızıl  Arslan 

Nizamini  saraya  dəvət edir.  O  isə qulluğu qəbul  etmir.  Ancaq 

Qızıl  Arslan  ona  Həmdünyan  kəndini  bağışlayır  və  fəxri 

geyim verir.1

Əlbəttə  ki,  bu  bəxşişlərlə  Nizaminin  həyatı  firavan  ola 

bilməzdi,  nüfuzu  isə  bazar  darğasının  nüfuzunu  keçə 

bilməzdi.  Çünki  cəmiyyətdəki nüfuz bəxşişlərlə yox,  hər kəsin 

layiq  olduğu  vəzifənin  ona  qazandırdığı  ehtiram  ilə  ölçülür. 

Belə  olduqda,  Nizami  öz  dövründə  zəmanəsinin  adi 

adamlarından  heç  nə  ilə  seçilmirdi.  Ancaq  heç  kəsin 

qələminin  qüdrəti  də  Nizami  qələminə  çata  bilməmişdir. 

Nizamidən  400  il  sonra  yaşamış  Füzulini  də  ancaq  öz  qələmi 

məşhur  etmişdir.  Füzulinin  ən  böyük  vəzifəsi  məsciddə 

xidmət  olmuşdur  ki,  «ədalətli»  sultan  Süleyman  bunu  da  ona 

çox  görmüşdür.  Şeir yazıb  əvəzində  bəxşiş  gözləmək  Nizami 

nüfuzundan  və  şəxsiyyətindən  çox-çox  aşağı  bir  iş  olduğu 

üçün  o  öz  oğluna  şair  olmağı  tövsiyə  etmir,  başqa  peşələrə 

yiyələnməyi,  özgə  əlinə  baxmamağı,  zəhməti  müqabilində 

yaşamağı daha üstün tutmasını tapşırır:

Elə ki böyüdün, belədir qayda 

Atanın adından sənə nə  fayda?

Şeirdə,  sənətdə məharətin var 

Şairlik eləmə!  Dövrə bax ki,  bir 

Tərif əvəzinə pislənir şeir.

Ziya Bünyadov.  Azərbaycan Atabəyləri dövləti, Bakı,  «Elm»  1985, s.  125-126.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin