Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə148/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   144   145   146   147   148   149   150   151   ...   174
Mübariz  Yusifov

tapıbdır.  Şübhəsiz  ki,  müqəddəs  kitabımızda  Qurani-Şərifdə 

böyük əxlaqi normalar əks olunubdur.1

2.  M əişət həyatının tərənnümü

Nizaminin  əsərlərində  Azərbaycanın  məişət  həyatının 

tərənnümü  də  mühüm  yerlərdən  birini  tutur.  Nizaminin  heç 

bir  əsərində  xalqın  həyatının  məşəqqətlər  içində  qaldığı, 

səfalət,  çəkdiyi  ümidsizliyə  düçar  olduğu  göstərilmir. 

Hərçənd  ki,  Nizami  dövründə  və  ondan  əvvəlki  zamanlarda 

müstəqil  yaşamaq  hüququndan  məhrum  olunan,  azadlığı 

arzulardan  o  biri  tərəfə  keçməyən,  öz  dilində  yazıb-oxumaq 

imkanları  əldə  edə  bilməyən,  zəhmətlə  becərdiyini  öz 

ruzisinə  çevirə  bilməyən  əhalinin  məişət  ehtiyacları  bitməz- 

tükənməz  olmuşdur.  Məişət  həyatını  Nizaminin  öz  timsalına 

çevirdikdə  belə,  adı  əsrlərdən-əsrlərə  yaşayan  bu  dahi 

şəxsiyyətin 

öz 


güzəranını 

nəzərdən 

keçirmək  bütün 

Azərbaycanlı  həyatı  və  məişəti  barədə  bitkin  bir  təsəvvür 

yaradır.  Nizami  öz  dövrünün  möhtəşəm  qüdrətə  malik,  dərin 

savadlı,  bilikli  və  məlumatlı,  uzaqgörən  bir şəxsiyyəti  olduğu 

halda,  şahlan  tərif edib  onlara  zamanların  fövqündə  dayanan 

misli-bərabəri  olmayan sənət əsələri həsr etdiyi  halda,  heç bir 

şahın  sarayında  özünə  layiq  olan  bir  vəzifə  tutmamışdır. 

Doğrudur,  Nizami  özü  «Xosrov  və  Şirin»də  Qızıl  Arslanı 

tərifləyərkən  hökmdar  tərəfindən  unudulduğunu  külək 

vasitəsi ilə çatdıraraq belə deyir:

Ora yol tapanda,  ey külək,  dərhal 

Sən bu Nizamini  bir yadına sal!

Dayan səcdəsinə bir kölə kimi 

Xəbər ver ki, belə deyir Nizami:

Heydər Əliyev.  Yeni Azərbaycan  Partiyasının yaradılmasının 



6

-cı ildönümünə həsr 

olunmuş təntənəli yığmcaqda çıxışı.  «Xalq qəzeti», 28 noyabr,  1988.


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin