Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə151/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   147   148   149   150   151   152   153   154   ...   174
Nizamidə  azərbaycançılıq

Xəzinə yığmıram ki məsxərəyə qoyulum 

Əlimin zəhmətilə dolanıram, ay oğlum!

X-Ş, 2004,  117-118.

Nizaminin  əsərlərində  bolluq,  firavanlıq,  zənginlik 

epizodlarına  da  tez-tez  rast gəlmək  olur.  «Xosrov və  Şirin»də 

kef məclislərinin  təsviri,  Məhinbanunun  Xosrovu  qarşılaması 

epizodunda, 

Nəkisa 

və 


Barbədin 

mahnı 


oxumaları 

hadisələrinin  vcrilməsimdəki  zənginlik,  bolluq  və  firavanlıq 

oxucuda  xoş  əhval-ruhiyyə  yaradır.  «Leyli  və  Məcnun»da 

Leylinin  atasının  Məcnunun  atasını  qarşılaması  mərasimində 

və  Məcnunun  atasının  öz  maddi  zənginliyi  haqqında 

danışması  da  xoşagələn  emosiyalar  yaradır.  «Yeddi  gözəl»də 

və  «İskəndəmamə»də  də  belə  epizodlar  çoxdur.  Həmin 

bolluq  və  firavanlıq  epizodlarının  verilməsi  ilə  Nizami 

oxucularına  onu  çatdırmaq  istəmir  ki,  şahlar,  varlı  və  imkanlı 

adamlar firavanlıq  içində  yaşayır,  sadə  camaat  isə  əzab  çəkir. 

Əksinə,  sadə  adamların  da  öz  zəhmətləri  ilə  qazandığı  ruzi 

bolluğu  canlandırılır.  Aydındır ki,  Nizami  dövründə  də  ondan 

və  sonra  da  insanların  məişət  həyatında  firavanlıq  və 

yoxsulluq  kontrastları  mövcud  olmuşdur.  Ancaq  Nizaminin 

təsvirlərində  bu  kontrastlara  təsadüf  edilmir.  Çünki  Nizami 

əzəmətlidir.  O  təkcə  öz  dövrünü  yox,  gələcək  əsrləri  də 

nəzərə  alır.  Nizaminin  amalı  odur  ki,  onun  cəmiyyəti  azad 

olsun,  zəngin  olsun,  firavan  yaşaya  bilsin.  Çünuki  Nizami 

kimi  intellektləri  olan  xalqın  daxili  potensialı,  zəhmətkeşliyi, 

əzmkarlığı,  çətinliklərdən  xilas  yolunu  araşdırmağa  nail 

olmaq  cəhdləri 

onların  firavan  həyat  qurmağa  layiq 

olduqlarının göstəricisidir.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin