Nizamidə azərbaycançılıq
Mətanət meydanında kimlər tutdu gör səfi
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi
Şair ilə peyğəmbər-bir nigarın məhrəmi
Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi.
S-X, 2004, 60.
Nizamiyə görə, Allah peyğəmbərə kövsər meyi içirdib,
ondan şairlərin qəlbinə də bir qədər damızdırıb:
Haqqın hazırladığı meydən içdi peyğəmbər
Bizim də qəlbimizə damızdırdı bir qədər
S-X, 2004, 38.
Peyğəmbərin içdiyi mey ilahi, mənəvi meydir. O mey
peyğəmbərin qəlbini genişləndirir, yollannı işıqlandırır,
əməllərini bəşəriləşdirir, beynini nurlandırır. (Bəqərə (2),
219). Nəhl (16) 67; Maidə (5), 93); Şairlərin içkisi meydir. O
mey ki, mim və yeylə yazılır. Kiçik əbcədlə mim 4, yey isə
həm kiçik, həm də böyük əbcədlə 10 bildirir. Cəmi 14. 14
isə Məhəmməl Peyğəmbərin, Fatimeyi-Zəhranın və 12
imamın rəmzidir. Bu da şairlərin hidayət yoludur. Nizamiyə
görə peyğəmbərlə şairləri yaxınlaşdıran əlamətlər varsa,
insanlar da (xüsusən,
Nizaminin
xalqı)
sidq
ürəklə
peyğəmbərə və Nizamiyə ehtiram göstərməlidirlər ki, onlar
mənəviyatla paklanmış insanlar olsunlar.
Nizaminin əsərlərində torpağa ehtiram da özünəməxsus
yer tutur. Torpaq ona görə müqəddəs sayılır ki, klassik dövrdə
formalaşmış təsəvvürə görə yer üzünü Allah Məhəmmədə
görə yaradıb, ona xeyir-bərəkət verib. Füzuli də deyir ki:
Adəm əvvəl səri-kuyin verib almış cənnət
Eşidib təni-mələk sonra peşiman olmuş.
F, I, 180,6.
139
^ *
|