Mübariz Yusifov
əvvəldə, «Qarşımda dururdu yazdığım divan» cümləsindən
belə çıxır ki, bu «Divan» onun ana dilində yazdığı şeirlər
toplusundan ibarət olmuşdur. Şah deyəndə ki, «Leyli və
Məcnun»a fars-ərəb dili ilə zinət vur», bu belə başa
düşülməlidir ki, Nizaminin Azərbaycanca yazılan olduğundan
onu xəbərdar ediblərmiş. Ona görə əsərin fras dilində
yazılması tələbi ortaya çıxır. Həm də Nizami deyəndə ki,
«Ömrüm viran oldu, solub-saraldım; Bu əmrin önündə
cavabsız qaldım, bir məhrəm adam da yoxdur ki, bu sirri ona
açıb çarə axtanm»- bundan şairin həqiqətən ana dilində
yazılan olduğu aydınlaşır. Bəs şairi qorxuya salan nə idi?
Şahın Azərbaycan dilinə nifrəti. Nizami ona görə qorxuya
düşür ki, o şah deyəni etməsə ana dilində yazdığı «Divanı»
tapıb məhv edərlər. Bu, Nizaminin özünün yazdıqlanndan
əldə olunan məntiqi nəticədir. Ancaq mənbələrdə də belə
məlumatlar vardır ki, Nizaminin öz ana dilində 20 min beytlik
«Divan»ı olmuşdur.
Azadə Rüstəmzadə qeyd edir ki, Nizaminin lirik şeirlər
məcmusundan ibarət bir divanı olmuşdur. Güman ki, Nizami
divanında şairin doğma Azərbaycan dilində yazdığı şeirlər də
olmamış deyildi. Ola bilsin, Axsitan «Leyli və Məcnun»un
yazılmasını sifariş edəndə bunu bilirdi və bu əsərin
Azərbaycanca yox, farsca (fars-ərəb sözlərindən bəzək
vurulması ilə) yazılmasını istəyirdi.1 Bəlkə elə doğrudan da
Nizaminin özünün dediyi kimi olub. Ya «Divan» məhv edilib,
ya da necə olubsa it-bata düşüb. Bunun axtarışında olmaq
lazımdır. Xatırladım ki, 2003-cü il «Dirçəliş» XXI əsr»
jurnalının noyabr 69-cu nömrəsində Nizami Xudiyevin
«Nizami Gəncəvinin türkcə-Azərbaycanca divanı haqqında»
(s. 69-85) adlı Nizamiyə aidiyyəti olduğu güman edilən
əlyazması barədə maraqlı bir məqaləsi çap olunmuşdu. Nə
üçün bu yazıya əhəmiyyət verilmədi? Təəccüblüdür. Əgər XII
əsrin yadigan olan həmin əlyazmanın Nizamiyə aidiyyəti
1 Bax: Rüstəmzadə Azadə. Nizami Gəncəvi. Həyatı və sənəti. Bakı, «Elm», 1979, s.
11. Е.А.Бертельс. Избранные труды Низами и Физули. Изд. Восточной
Dostları ilə paylaş: |