M übariz Yusifov
Gecə türk üzlümü görmüşmü, nədir
Xalımtək mənə bir hindli bəndədir.
X-Ş, 2004, 367.
Mahir hindu onun könlünü çaldı
Türk sfət hinddunun sorağın aldı
X-Ş, 2004, 77.
Ə rəb-türk:
Həmən qəbilənin gözəl qızlan
Aldı ortalığa bizim dildarı
Ərəb torpağında türk idi onlar
Xoşdur ərəb boylu türk olan nigar
L-M, 2004, 100. '
Ə cəm (İran)-türk:
Ərəb ayı kimi sifəti vardı
Ə cəm türkü kimi könül ovlardı.
Saçları gecəydi, camalı bir bağ
Sanki qara qarğa tutmuşdu çıraq
L-M, 2004, 65.
Nizami öz Afaqı (Appağ) haqqında danışarkən sevgi və
ehtiramla onu «türk yarım», «türküm» adlandırır və səmimi
qəlbdən tərifləyir:
Kətan geyib gəlir ay camallı türk yarım
Sökülmüş kətan kimi çatlayır dodaqlarım.
S-X, 2004, 84.
Əğyara qəzəbli, mənə mehriban
Könül yoldaşımdı o nazlı canan
Türklərtək olmuşdu bir köçə möhtac
Türklərtək elədi yurdumu yarac
Nizamido azərbaycançtlıq
O türküm getdisə bir gün çadırdan
Saxla türkzadəmi, sən, ey Yaradan.
X-Ş, 2004, 342.
«Xosrov və Şirin»də Şirin Xosrova özü haqqında
danışanda özünü türk adlandırır. Xosrovu isə «sərxoş türhrə
(yəni qəmi-dərdi özündən uzaqda saxlayan, həyatdan zövq
almağa meylli olan) bənzədir:
Qara gözlü türkəm, bu dam üstə mən
Ağ hindi adını almışam səndən.
X-Ş, 2004, 146.
Hinduların hələ atəşpərəstdir
Sərxoş türklər kimi gözlərin məstdir.
X-Ş, 2004, 252.
Azərbaycanlı təsəvvüründəki türk adı Nizami üçün o
qədər doğmadır ki, hətta, hər hansı bir türk əslli şəxs (istər
adi adam olsun, istər hökmdar) bir naqis iş görürsə onu türk
kimi qəbul etmək belə onun əqidəsinə yad görünür. Məsələn,
«Sirlər xəzinəsi»ndə bir zaman dağ kimi ucalan dövlətin
qayğısız, zalım hökmdarların ucbatından dağıdıldığını yanğı
ilə qələmə alır. İncidilmiş bir qarının dilindən Sultan Səncərə
deyilir ki, ədalətsiz olduğun üçün sən türk deyilsən, qarətkar
bir hindusan. Yəni ki, türk varsa o ədalətlə yanaşı olmalıdır.
Türk, ədalətliliyi həmişə başı üstündə müqəddəs bir bayraq
kimi gəzdirib dalğalandırmalıdır. Poemanın «Qarı ilə Sultan
Səncərin hekayəsi» hissəsində deyilir:
Bəla görmüş bi qadın bağrı qan, gözü yaşlı
Bir gün Sultan Səncərin ətəyindən yapışdı.
Kefli bir qarğa gəlib alt-üst etdi yerimi
Şillə çəkdi üzümə, yoldu birçəklərimi.
Yaxamdan yapışır ki, de qatilin adını
Filan gecə kim vurdu kənddə filan adamı
Sərxoş qatil özüykən qırır qol-qanadımı
|