4. Qalibiyyət motivləri
Nizaminin poemalannda qalibiyyət motivləri olduqca
mühüm bir yer tutur. Nizaminin dövründə və eləcə də
Nizamidən əvvəlki zamanlarda Azərbaycan başqa-başqa yadelli
işğalçıların təcavüzünə məruz qalırdı. Nəticədə ölkənin
bütövlüyü parçalanır, qədimdən davam edən sərhədləri pozulur.
Əhali maddi, mənəvi, fıziki-cismani təsirlər qarşısında baş
verən çətinliklərə dözməyərək pərən-pərən düşürdü. Bu halda,
xalqın sosial rifahından və dirçəlişindən söhbət gedə bilməzdi.
Dostları ilə paylaş: |