Nizamidə azorbaycançılıq
deyil, ədaləti bərqərar etmək üçündür. Ona görə də Nizami
İskəndərin qələbəsini özünün qələbələri kimi təsəvvür edir,
öz xalqının zülm və ədalətsizliyə üstün gəlməsi kimi
işıqlandırır.
İskəndər zənci qoşunu ilə vuruşur, qalib gəlir. Bu,
xeyirin şər üzərindəki qələbəsinin nümunəsi kimi təsəvvür
edilir. İskəndərin Dara ilə döyüşü də xeyirin şər üzərində
qələbəsinin rəmzi kimi qələmə alınaraq təsvir edilir. Nizami
ədalətliliyi hər şeydən üstün tutub onu öz xalqının timsalında
türk adı ilə bağladığı üçün döyüşün təsvirində türklüyə aid
etiketlərdən, türk təşbehlərindən də istifadə edir:
Şeypurlar qoparır Aslan nərəsi
Dimağı doyurur naym nəfəsi.
Türk nayı qopardı elə bir şivən
İgidlər coşaraq qopdu yerindən.
İ, 1,141.
Nizami İskəndəri ədalətin bayraqdan kimi qələmə
aldığı üçündür ki, İskəndərə aid döyüş səhnələrində türk adını
epitet və təşbeh kimi işlədir. İsəkndərlə Daranın qarşılaşması
səhnəsi Firdovsinin «Şahnamə»sində də vardır. Bu döyüş
doğrudan da tarixdə İskəndərin qələbəsi kimi verilir. Hər iki
şairin təsvirində bu döyüşün nəticəsi birdir. Fərq odur ki,
Nizami İskəndəri Yunan hökmdan Filippin oğlu kimi təsvir
edir. Firdovsi isə bu məğlubiyyəti özünə sığışdırmır. Ona görə
ki, İran şahlarının sülalə hakimiyyəti arasındakı bağların
qırılmasını qələmə almaq ona çətin görünür.
Bunun
nəticəsidir ki, Firdovsi yalançı dəlillər tapıb İskəndəri Daranın
oğlu kimi qələmə verir. Bəlkə də Firdovsi həmin fikri ona
görə daha ciddi-cəhdlə canlandırır ki, eradan əvvəl
VI
əsrin
sonu və V əsrin əvvəllərində İskəndərin vətəni olan
Makedoniya İranlılar tərəfindən zəbt edilmişdi. Sonra
Makedoniya hakimləri istiqlaliyyət əldə edərək güclü bir
dövlət yaratdılar. Firdovsi isə bu tarixi bildiyi üçün İranın
məğlubiyyətini aidiyyəti olmayan və həqiqətə yaxınlaşmayan
127
|