Mübariz Yusifov
«Yeddi gözəl» əsərində Bəhram Gurun çinlilərə
döyüşündə qələbəni Bəhram Gurun tərəfində təsvir edir.
Doğrudur, Bəhram Gur iranlı idi. Çin haqqında Nizaminin
təsvirlərində o yerdə ki, söhbət xeyirxahlıqdan, ədalətlilikdən
gedir, orada qələbə də üstünlük də türk adı ilə təqdim olunan
başçılara aid edilir. Xəbislik, ədalətsizlik olan yerdə isə,
məsələn çinli çindir, hindli hind. Bəhramın çinlilərlə
döyüşündə isə çinlilərin məqsədi qəsbkarlıqdır. Odur ki,
qələbə Bəhramın tərəfində təsvir edilir. Nizami Azərbaycanlı
təəssüratı ilə Bəhrama rəğbət göstərir. Hətta, Çin tərəfdən
qoşunda türk adlandırılan döyüşçülər iştirak etsə belə, onlar
ədalətsiz döyüşə girdiyi üçün Nizami onları özününkü hesab
etmir və onları qələbəyə naümid qoyur, necə ki, Sultan
Səncər türk əsilli olduğu halda ədalətsizliyinə görə onu
qarətçi, «yəğmaçı» adlandırır. Deməli, Nizaminin amalında
türklər o cümlədən, Nizaminin aid olduğu Azərbaycanlı
etnosu ədalətli və xeyirxah əm əllər sahibi olmalıdır. Belə
deyilsə, onlara türk (Azərbaycanlı) demək olmaz, ən doğma
qan qohumluğu çatan insanlar olsa da belə.
Nizami
çox böyük sevgi və məhəbbətlə türk
(Azərbaycanlı) adında ədalətlilik və humanistlik görür. Öz
milli təəssüratını da bu qayda üzrə təsvir edir. Bunu döyüş
səhnəsinin aşağıdakı təsvirindən də görmək olur:
Gecə sanki qara bir ənbərdi, xam
Xaqanla Bəhramtək vuruşdu Bəhram.
Çıxalı qılınclar ağır qınından
Şahın nərəsindən və basqınından
O türk ordusunun artdı dəhşəti
Qılıncdan küt oldu, ayaqdan iti
Bəhram qılıncını çaldı, çaldı hey
Türklər rühdan düşdü, bihal qaldı hey
Y -G , 2004,110-111.
İskəndərin döyüş səhnələrində nə üçün daim şair onu
qalib kimi təsvir edir? Çünki İskəndərin məqsədi işğalçılıq
Dostları ilə paylaş: |