Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə131/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   127   128   129   130   131   132   133   134   ...   174
Mübariz  Yusifov

rəvayətlərlə  ört-basdır etməyə  çalışır.  Nizami isə bu dəlillərin 

sübutsuz  olduğunu  göstərmək  üçün  İskəndəri  Daranın  qızı 

Rövşənəklə  evləndirir.  Həm  də  bunu  Daranın  özü  İskəndərə 

öz dili  ilə təklif edir.  Bu o deməkdir ki, Nizami öz əsərini  fars 

dilində 

yazmış 


olsa 

da 


onlara 

dərəcədə  rəğbət 



göstərməmişdir.  İskəndəri  isə türk idealına yaxın olan ədalətli 

bir  şəxsiyyət  kimi  fərqləndirir.  Bu  məsələ  barəsində  Nizami 

tədqiqatçılarının pozitiv  fikirlərini  xüsusilə  təqdirəlayiq hesab 

etmək  lazımdır.1  İskəndərin  Hindistana  və  Çinə  səfərlərində 

döyüş  səhnələri  yoxdur.  Çünki  Hindistan  və  Çin  hökmdarları 

İskəndərin  ədaləti iliyindən  məmnundurlar.  Nizami  çox  vaxt 

hindlilər  barədə  «oğru»,  «qarətçi»  kimi  sözləri  işlətsə  də 

onlar İskəndərin  ədalətini  ədalətliliklə  qarşıladığı  üçündür ki, 

şair  hind  hökmdarından  İskəndərə  göndərilən  bir  hind 

gözəlini «türk» kimi təsvir edir:



Türk şimalı idi  o hindli afət 

Şaha hind elindən vermişdi  cənnət 

Yox,  hindli deyildi,  o türk dilbəri 

Hindlitək çalırdı bu könülləri.

O rumlu üzüylə, hindli diliylə 

Etmiş Rum şahını özünə kölə.

İ,  1,  2004,  265-266.

Çinə  səfərində  isə  Çin  xaqanı  İskəndərin  ədalətliliyini 

qəbul etdiyi üçün Nizami də onu türk gözündə görür:

Madam ki,  sülh ilə göyərər dilək 

Döyüşə at çapmaq daha nə gərək?

Çin,  Turan  taxtını məndən istəsən 

Boynumu çəkmərəm bu itaətdən.

Türklərin xaqanı dünya şahından 

Daşqın bir sevinclə oldu kamiran.

İ,  I,  2004,  290-291.

1

  Məmməd  Əmin  Rəsulzadə.  Azərbaycan  şairi  Nizami.  Bakı,  «Azəməşr»,  1991,  s. 



136-140.  Məmməd  Cəfər  Cəfərov.  Nizaminin  fikir  dünyası  Bakı,  «Yazıçı»,  1982,  s. 

41-43.



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin