Nizamidə azərbaycançıhq
Bu barədə «Nizaminin dövrü və ictimai mühiti» hissəsində
müxtəsər şəkildə bəhs edilmişdir. Nizami isə bir təəssübkeş
vətən övladı kimi bu ağn-acıları istər-istəməz öz içərisində
yaşadırdı. Odur ki, poemalanndakı müharibə və döyüş
səhnələrinin təsvirində zahirən qələbələri Azərbaycandan
olmayan başçılara aid edirsə daxildə, batində bu qələbələri
xeyirin şər üzərindəki, ədalətin zülm üzərindəki, bolluğun,
fıravanlığın məhrumiyyətlər üzərindəki qələbəsi kimi təsvir
edirdi. Öz cəmiyyətində xeyirxahlığın, ədalətliliyin, bolluğun və
fıravanlığın bərqərar olmasını daim arzuladığı kimi həmin
qələbələrin Azərbaycanla bağlı təsvirini özünün mənəvi borcu
hesab
etmişdir.
Sanki
hər
bir
qələbə
onun
daxili
mənəviyyatından, daxili hiss və duyğularından qopub can
yanğısı içərisində öz vətəninə doğru qanad açırdı. Nizaminin
vətənpərvərlik duyğusu o qədər güclü olmuşdur ki, hətta,
Xosrov İran şahlanndan olsa da belə onun iranlı Bəhram
Çubinlə döyüşünü və qələbəsini türk adı altında ürəyində daimi
məhəbbət bəslədiyi Azərbaycana aid edir. Bu məhəbbət
Nizamidə o qədər güclüdür ki, hətta, qalib tərəfin döyüşünü
belə «türksayağı» döyüş kimi qələmə alır:
O qədər talandı qoşun və yaraq
Talanmışdı sanki dağ üstündə dağ
Dəmir dağ yerindən tərpənən zaman
Sanki yer titrədi, qopdu bir tufan.
Xosrov cəm edilmiş bu igidlərin
İçindən ayırdı bir qırx, əlli min
Qəflətən bir gecə keçdi hücuma
Don zirehə döndü, qılınc da cama
Türk kimi bir döyüş başladı həm də
Türk kərənayları səslənən dəmdə
Bəhrami-çubinlə düz gəlmədi baxt
Xosrov Pərviz şaha qaldı qılınc-taxt
Bəhram qaçdı Çinə, tutmadı qərar
Qəza üz verəndə meydan daralar.
X-Ş, 2004, 147-148-149.
1 2 5 ^ ^ .
|