Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə112/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   108   109   110   111   112   113   114   115   ...   174
Nizamidə  azərbaycançılıq

«Xosrov  və  Şirin»dəki  «Xosrovun  Şirinlə  əylənməsi» 

hekayəsində  məclisdəki  qızların  adında  da  türk  (Azərbaycan) 

nişanəsi canlandırılır:

Firəngiz,  sərv boylu gözəl Süheyla 

Əcəbnuş, Fələknaz, bir də Hümeyla 

Hümayun,  Səməntürk, nazlı Pərizad 

Xütənxatun,  bir də Gövhərmülk dilşad 

X -Ş ,  2004,  129.

Nizami təsvir etdiyi hökmdar adlarında və həmçinin, et­

nik  adlarda  da  (Azərbaycanlı  obrazı  yaradır.  «Leyli  və  Məc- 

nun»da Leylinin  qəbri  üstündə  Məcnunun ölməsi  hadisəsi  za­

manı  şair Böyük  Yaradanı  «Səcdə  edənlərin  səlcuqu  (pənahı, 

pərəstişgahı)» adlandırır:

Fələyin üstündə vilayətin var 

Himayən altında durur varlıqlar 

Səcdə edənlərin  səlcuqisən sən 

Bir də son vücudun mirası  sənsən.

L-M, 2004,  203.

«Yeddi  gözəl»də  şahın  tərifi  verilən  yerdə  Ağsunqur 

yada  düşür.  Ağsunqur  Əbdullah  oğlu  Qəsimüddovlə  Mosul 

vilayəti  Atabəylər  dövlətinin  banisi  İmaməddin  Zənginin 

atasıdır. Nizami  onu yada salmaqla türk (Azərbaycan) mənşəli 

hökmdarların  yadda  qalmasına  və  xatırlanmasına  diqqəti 

yönəldir:

O şahın ləqəbi Əlaəddindir 

Qoruyub durduğu zaman zəmindir 

Ölkələr fatehi  Körpə Arslan şah 

Alp Arslandan yüksək, olduqca gümrah 

Ondan Ağasunqurun nəsli güc aldı 

Əcdadı kamala yetdi, ucaldı.

Y G,  2004,  31.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin