Mübariz Yusifov
mənəviyyatı bir-biri ilə müştərəkdir. Azərbaycanlı Azərbay
can, iranlı İran, ərəb isə Ərəb mənəviyyatını özündə bütövləş-
dirən bir etnik vahid kimi formalaşmışdır.
Milli şüur milli vətənpərvərliyin, milli qürurun, milli-
mənəvi dəyərlərin, milli adət-ənənələrin, milli əxlaqi keyfiy
yətlərin, ümumbəşəri dəyərlərə inteqrasiyasının məhsuludur.
Milli şüurun formalaşması müstəqil dövlətçilik ideologiyası
nın təməlini yaradır. Dövlətçiliyə xidmət edən milli ideologi
ya isə onun dayaqlarının möhkəmlənməsinə, yaşamasına və
inkişaf edib zənginləşməsinə zəmin yaradır. Ümummilli lider
Heydər Əliyev göstərir ki, milli-mənəvi keyfiyyətlər öz tarixi
kökləri üzərində bərqərar olunduqda onun dövlətçilik ideolo
giyasına çevrilmək imkanları reallaşır.1
Hər bir etnik mənəviyyatın arxasında etnik psixologiya
və etnik şüur dayanır. Etnik mənəviyyat öz ictimai mühitini
genişləndirib xalqın mənəviyyatına və onun ictimai şüuruna
çevrilir. İctimai şüur isə hər bir xalqın milli ideologiyasının tə
məlini, onun aparıcı mənəvi qüvvəsini təşkil edir. Məsələn,
ingilis ictimai şüuru ingilis ideologiyasını formalaşdırıb; alman
ictimai şüuru alman ideologiyasını formalaşdırıb; fransız icti
mai şüuru fransız ideologiyasını formalaşdırıb.
Azərbaycan ideologiyasının formalaşmasında da Azər
baycan ictimai şüuru dayanır. İctimai şüur o zaman milli
ideologiyaya çevrilir ki, cəmiyyət öz müstəqil dövlətçiliyini
yaratmış olsun.
Dövlətçiliyin mövcud olmadığı mühitdə mənəvi keyfiy
yətlər ancaq etnik tanınma vasitəsi hüdudunda qalır. Dövlət
çilik mühitində isə mənəvi keyfiyyətlərin ictimailəşdirilməsi
hüdudlan genişlənir və o artıq ictimai şüura, ictimai şüurdan
isə milli şüura doğru inkişaf edir. Dövlətçiliyin olmadığı
mühitdə etnik-mənəvi keyfiyyətlərin inkişaf etməsi və
ictimailəşdirilə bilməsi cəmiyyətin arzusuna və idealına çev
rilir. Bu arzu və ideal böyük bəşəri düşüncələr sahibi olan
1 Bax: Heydər Əliyev. Yeni Azərbaycan Partiyası yaradılmasının altıncı ildönümünə
həsr olunmuş təntənəli yağmcaqda nitqi «Xalq qəzeti», 24 noyabr, 1988.
Dostları ilə paylaş: |