Nizamidə azərbaycançılıq
İran vilayətləri ilə yanaşı bütün Cənubi Qafqaz vilayətlərini
özündə birləşdirən inzitabi Adurbadaqan-Azərbaycan adı ərəb
hakimiyyətinin ilk • dövründə Xilafətin yalnız Cənubi
Qafqazda işğal etdiyi yerlərə verilən inzibati Ərməniyə adı ilə
əvəz olundu.1 Bu cür inzibati ərazi bölgüsü Nizami vaxtında
da davam etdiyi üçündür ki, onun əsərlərində də müəyyən
hadisələrlə əlaqədar «Ərmən» və «Ərməniyyə» adlarından
istifadəyə rast gəlmək olur. Tarixi məlumatlarda bu inzibati
adla əlaqədar belə bir fikir də diqqətə çatdırılır ki, VI əsrdə
imperator I Yustinanın Qərbi Ermənistanda, yəni coğrafi
baxımdan Ərəb Ərməniyəsindən fərqlənən yerdə həyata
keçirdiyi bu inzibati bölgü (o cümlədən, bu bölgünün daha
kiçik vahidləri olan I-IV Bizans Ermənistanı adları) yalnız
bilavasitə ermənilərin yaşadıqları əraziyə aid idisə «Ərəb
Ərməniyəsi» vilayətləri indiki azərbaycanlıların, gürcülərin,
ləzgilərin və başqalarının yaşadıqları və ermənilərə dəxli
olmayan Cənubi Qafqaz torpaqlarım əhatə edirdi. Vaxtilə
Bizansın tabeliyində olan erməni torpaqları kimi ənənəvi
olaraq onlar da I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünürdü.1
2
Görünür Nizami «Xosrov və Şirin», «İskəndəmamə»
poemalarında «Ərmən»lə «Ərməniyə» adlarını işlədərkən
Xosrov və İskəndər dövrünün inzibati bölgüsünə yox, məhz
ərəblər vaxtındakı inzibati bölgüyə əsaslanmışdı. Ancaq
həmin torpaqlardakı hökmdarların mənşəcə Azərbaycanlı
olduğunu qələmə almaqla Nizami gələcək nəsillərə bildirirdi
ki, o torpaqlarda ermənilərə aid adın göstərilməsinə
baxmayaraq erməni hakimiyyəti olmamışdı. Bu, əlbəttə ki,
tarixi bir həqiqətdir və Nizami oxucuları bunlara diqqətlə
yanaşmalı, onlara Nizami baxımından qiymət verməlidirlər.
Aydındır ki, ərəblər dövründə apanlan belə bir namunasib
bölgüdə erməni hiyləgərliyi əsas prinsip olmuşdur. Çünki
həmin bölgü heç bir reallığı əks etdirmir. Bu mənada ki, hələ
indi ermənilərin kompakt yaşadığı ərazidə heç iki milyon
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s.
196-197.
2 Yenə orada, s. 197.
15
|