Nizamido azərbaycançıltq
dilində yazmaqla ərəb elminin zənginləşməsinə xidmət etdik
ləri kimi, fars dilində yazılan ədəbi-bədii əsərlər də fars bədii
dilinin və yazı normasının zənginləşməsinə, bu normaların
stabilləşməsinə xidmət etmişdir. Bu gün Azərbaycan mənşəli
Bəhmənyar, (XI əsr), Sıracəddin Urməvi (X1I-XIII əsr), Nəsi-
rəddin Tusi (XIII əsr), Eynəlqüzzat Miyanəçi (XII əsr), Mah
mud Şəbüstəri (XIV əsr) kimi böyük filosofların, Əbül Üla
Gəncəvi, Məhsəti, Xaqani, Fələki Şirvani, Mücirəddin Beylə-
qani və bir çox yaradıcıların ədəbi-bədii, elmi, maarifçilik
ideyaları onlann öz yazılarını qələmə aldıqları dillərin inkişa
fına və zənginləşməsinə xidmət etmişdir. Böyük intellektual
potensiala malik olan Azərbaycanlı yaradıcılar ərəblər
dövründə ərəblərin, farslar dövründə farsların maraqlarına
xidmət etməyə yönəldilmişlər. Ərəb xilafəti, xüsusən, VIII
əsrin əvvəllərində daha çox güclənərək regionda və yayıldığı
ərazilərdə, o cümlədən, Azərbaycan məkanında ciddi bir təsir
qüvvəsinə çevrilmişdi. İnsanlara qılıncdan, oxdan, nizədən
daha artıq təsir göstərən islam ideologiyasının yayılmasında
maneələr öz qüvvəsini itirirdi. Ona görə də ərəblər bir əldə
qılınc, bir əldə müqəddəs «Quran» olmaqla irəliləyir və öz
maraqlarını həyata keçirməkdə, demək olar ki, elə bir
çətinliklə qarşılaşmırdılar. İslamı qəbul etməyənlər ya qılıncla
susdurulur, ya da böyük miqdarda vergi verməklə canlarını
xilas edə bilirdilər. Ərəblərin Qafqaz siyasətində Azərbaycan
çox əlverişli strateji mövqeyə malik bir region sayılırdı. Bura
həm də yeraltı və yerüstü sərvətlərlə zəngin bir ölkə idi ki,
ərəblərin buraya marağı daha artıq olmuşdu. Bir məsələni də
nəzərə almaq lazımdır ki, ərəblərin təşkil etdiyi əsas hərbi
əməliyyatlar Azərbaycan torpaqlarının üstündən keçməklə
aparılırdı. Ona görə də bu əməliyyatlarda Azərbaycanın fiziki,
maddi və mənəvi itkiləri daha geniş miqyas alırdı. Tarixçilə
rin yazdığına görə VIII əsrin əvvəllərində Ərəb xilafəti
özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən
olan Bizans
mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar
Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azər
baycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün
11
|