Nizamidə azərbaycançılıq
Azərbaycanın cənub hissəsi olan Abdurbadaqan Albaniya,
Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə
yeni yaranmış gənc ərəb dövlətinin beş vilayətindən birini tə
şkil edirdi. Nizaminin əsərlərində Ərmən, Abxaz, Gürcüstan
kimi yer adlan işlənir ki, indi həmin yerlərin coğrafiyası
Nizami dövründən əvvəlki vaxtlarda və Nizami dövründə
indiki yerlərin coğrafiyası ilə uyğun gəlmir. Konkret misal
olaraq onu demək lazımdır ki, «İskəndəmamə»də adı çəkilən
Də val i bir yerdə Abxaz hökmdarı kimi, başqa yerdə Ərmənin
sərkərdəsi kimi verilir. Yaxud Ərmən haqqında bəhs ediləndə
onun coğrafi ərazisinin Arran deyilən yeri və hətta Bərdəni
əhatə etdiyi göstərilir. Bəzən tədqiqatçılann özləri də ciddi
araşdırma aparmadan Məhinbanu və Şirin obrazlarını erməni
kimi təqdim edirlər. Əlbəttə ki, bu belə deyildir. Nə o zaman-
kı ərmən indiki «ermənidir», nə «Ərməniyyə» Ermənistandır.
Bəzən tədqiqatçılar Nizamini yaxşı dərk etmədiyindən, tarixi
məqamları nəzərə almadan Nizami obrazlarına müxtəlif don
geydirməkdən
çəkinmirlər.
Məsələn,
Y.V.Levkiyevski
A.Y.Knmskiyə əsaslanaraq Şirini və Məhinbanunu erməni
kimi təqdim edir. Bu fikir isə başqa səriştəsiz adamları düzgün
istiqamətlə aparmadığından bəziləri Nizamini «Xəmsə»dən,
«Xəmsə»ni isə ədəbiyyat aləmindən uzaqlaşdırmaq məqsədi
güdür.1 Ona görə də tarixçilərin, xüsusən, Ərmən haqqındakı
məlumatlarını buraya daxil etməkdən məqsəd müasir
oxucularda yarana bilən yanlışlığın aradan qaldırılmasına
diqqəti cəlb etməkdən ibarətdir.
Tarixi məlumatlarda
göstərilir ki, VIII əsrin başlanğıcında Qafqazın işğal olunmuş
torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması
ilə vassallığını da itirən və bir dövlət kimi ləğv edilən
Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə
«Ərməniyyə» adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daşı
yan ərəb vilayəti öz tərkibində təkcə cənubi Qafqazın qalan
hissəsinin fəthindən bir neçə il əvvəl işğal olunmuş bilavasitə
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s.
196-197.
13
|