Mübariz Yusifov
ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər
üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikinin
639-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini
təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət
göstərdi. Onun VIII əsrin əvvəllərində tabeliyində olan
Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu
ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı
yürüşə çıxmaq imkanı yaratdı.
721-722-ci illərdə Xəlifə II Yəzidin hakimiyyəti
zamanı (720-724) qıpçaq və başqa türk tayfaları ilə birləşmiş
30 minlik xəzər ordusu yeni həmlə ilə Azərbaycanın şimal
hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermə
nistan ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini
məğlub etdi. Azərbaycan və Ərminiyənin yeni canişini əl-
Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən 25
minlik qoşunla xəzərlərə qarşı çıxış etdi. Azərbaycana qayı
dan əl-Cərrah qışı Şəki vilayətində keçirtdi. 726-727-ci illər
də Xaqan oğlunun başçılığı altında yenidən Arranı keçərək
Azərbaycana soxulan xəzərlər Xəzərin cənub sahili vilayətlə
rində ağalıq etməyə başladılar. Lakin çox keçmədən əks-
hücumla irəli atılan ərəblər rəqiblərini Araz çayının o tayına
qovaraq onları geri çəkilməyə məcbur etdilər.1
Aydın
məsələdir
ki,
o
zamankı
Azərbaycan
torpaqlarında müdaxilələrin nəticəsi olaraq daimi ərazi
bölgüsü mövcud deyildi. Çünki sərhəd prinsipi tez-tez
pozulurdu. Odur ki, o zaman hər hansı bir əraziyə və ya
etnosa verilən ad çox zaman indi mövcud olan ərazi bölgüsü
və etnik adla uyğun gəlmir. Bu mənada Ermənistan, Ənnən,
Ərməniyə, Arran, Alban ərazilərinin və adlarının indiki adlar
la və etnik təbəqə ilə uyğun gəlmədiyi istisna sayılmamalıdır.
Yenə də tarixi məlumatlarda göstərildiyinə görə baş vermiş
ərəb işğalı bu ölkələrin tarixi-coğrafi ərazi bütövlüyünü
saxlasa da onların inzibati adını dəyişdirdi. İlk çağlar
Azərbaycan tarixi. Ш-ХШ əsrin I rübi. II cild, Bakı, «Elm», 2007, s. 186-188.
12
Dostları ilə paylaş: |