Mübariz Yusifov
Elə buradaca onu demək lazımdır ki, həmin dövrdə
Azərbaycandilli mədəniyyət öz doğma vətənində qədim
ənənələrin varisliyini davam etdirərək yazısız-pozusuz öz
nümunələrini yaradırdı. Bunların içərisində el ozanlarının
düzüb qoşduğu nağıllar, dastanlar, bayatılar, şeirlər zaman-za
man yaşamaqda davam etmişdir. Bunların içərisində dünya
mədəniyyət xəzinəsinin qızıl fonduna daxil olmuş «Kitabi-
Dədə Qorqud» müstəsna yer tutur. Əgər o dövrdən indiyə
kimi Azərbaycanda yazılı ənənələr mövcud olsaydı və davam
etsəydi xalqımızın necə mənəvi sərvətlərə malik olduğu
haqqında bütöv və aydın təsəvvür yaranardı.
Ərəblər dövründə Azərbaycan dilinin sıxışdınlması ilə
milli mədəniyyətimizdə bir uçurum baş verdiyi kimi, bu
ərazidə xırda dövlətlərin yaranması da milli birliyin və milli
şüurun əsrlər boyu ləngiməsinə səbəb olurdu. Hələ onu da
nəzərə almaq lazımdır ki, çox zaman bu qurumlara rəhbərlik
yerli adamlara yox, Xilafotin özündən olanlara həvalə edilirdi.
Məsələn, Yəzid ibn Məzdəkin oğlanları Əsəd, Xalid və
Məhəmməd Xilafətdə özlərinə böyük nüfuz qazandıqlan
üçün Şirvanda yaradılmış M əzdəkilər dövlətinin ауп-ауп
vaxtlarda hökmdarı olmuşlar. Yəzid ibn Məzdək özü 799-cu
ildən 801-ci ilə kimi, Əsəd 802-ci ilə kimi, Məhəmməd isə
803-cü ilə kimi hakimlik etmişdir. Xalid ibn Yəzid isə 844-cü
ilə qədər Azərbaycan, Arran və Ərminiyə hakimi vəzifəsinə
təyin olunmuşdu. Məzdəkilərin Azərbaycandakı hakimiyyəti
1232-ci ilə kimi davam etdi. Həmin dövründən Şirvan, artıq,
monqolların
hücumuna məruz
qaldı
və
Şirvanşahlar
dövlətinin müstəqilliyinə son qoyuldu.1
Ərəblər Azərbaycanı işğal etdikdən sonra «Bab-ül-
Əbvab» (Qapılar qapısı) adlandıqları Dərbəndi ələ keçirdilər.
IX əsrin ortalannadək Dərbəndə hakimlik vəzifəsi xüsusi
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. II cild. Bakı, «Elm», 2007, s. 323-338.
20
Dostları ilə paylaş: |