Mübariz Yusifov
Azərbaycan xalqının beyninə zor və ya xoş vasitəsi ilə
yetirmişdilər. Lakin bundan məqsəd təkcə o deyildi ki,
insanlar islamın haqq din olduğunu dərk edə bilsinlər. Burada
daha qlobal bir siyasət hökm sürürdü ki, islamlaşma ideologi
yası altında başqa xalqlar ərəblərin yaratdığı imperiyaya daxil
olsun və bu xalqlar içərisindən çıxan intellektlər ərəb
dünyasının «xidmətçilərinə» çevrilsinlər. Fars dili isə
ədəbiyyatda daha əvvəllər hökmran mövqe tuturdu. Mənbə
lərdə göstərildiyinə görə IX əsrin sonunda mərkəzi Buxara və
Səmərqənd şəhərləri olmaqla Orta Asiyada yaranan Samanil-
ər dövləti ən böyük qüdrətə çatmış və demək olar ki, tam
müstəqilliyə nail olmuşdu. Tədricən Samanilər İranın və Orta
Asiyanın bütün vilayətlərini özlərinə tabe etdilər. Samanilər
başda olmaqla İran və Orta Asiya xalqlarının ərəb
hökmranlığına qarşı apardıqları mübarizənin ən mühüm
nəticələrindən biri ərəb dilinin tədricən sıxışdınlıb aradan
çıxarılması oldu. Onun yerini «farsiye-dari» (saray fars dili)
tutdu. Bu dil Samanilər dövlətini yaradan xalqın dili idi və o,
ölkənin bütün ərazilərində rəsmi dilə çevrilmişdi. İranın və
Orta Asiyanın hər tərəfindən istedadlı alimlər, şairlər, ədiblər
Samanilər sarayına axışırdılar. Məşhur Rudəki başda olmaqla
görkəmli söz ustaları bu dövrdə dünya ədəbiyyatı xəzinəsini
zənginləşdirən bir sıra qiymətli əsərlər yaratdılar. Bu dövrdə
yaranmış əsərlər içərisində Rudəkinin lirikası, İbn Sinanın
elmi əsərləri, Firdovsinin «Şahnaməsi» böyük şöhrət
qazanmıdı. X əsrdə Samanilər hakimiyyəti süquta uğradı və
onun yerinə mənişəcə türk olan Qəznəvilər sülaləsi gəldi.
Qəznə şəhəri isə bu sülalənin yaratdığı hakimiyyətin paytaxtı
oldu. Qəznəvilər hakimiyyətə gəldikdən sonra da fars dili öz
mövqeyini itirmədi. Əksinə, qəznəvilər fars dilini qəbul
edərək onun daha da çiçəklənməsinə, bu dildə müstəqil sənət
abidələrinin qələmə alınmasına şərait yaratdılar. Qəznəvilər
dövründə fars dili öz əhatəsini genişləndirərk nəinki İran və
Orta Asiya ərazisində, həmçinin, Azərbaycanda və Kiçik
Asiyada yayılmağa və genişlənməyə başladı. Demək olmazdı
ki, türklərdə bu zaman heç bir əsər yox idi. Əlbəttə ki, milli
Dostları ilə paylaş: |