Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə24/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   20   21   22   23   24   25   26   27   ...   174
Nizamidə  azərbaycançılıq

Deyil bihudə gər yağsa fələkdən başimə daşlar 

Binasın tişeyi ahim ilə viran etdiyimdəndir.

F,  I,  122, 4.

(Əgər  fələkdən  başıma  daşlar  yağırsa  səbəbsiz  yerdən 

deyildir.  Fələyin  binasını  ahımın  külüngü  ilə  viran  edib 

dağıtdığım üçündür).

Başqa sözlə,  Xosrov «nə əkmişdisə onu da  biçmişdi».

Bəhram  şah  isə  başı  yeddi  iqlimdən  gətirdiyi  qızlarla 

eyşə  qarşdığı  üçün  ölkənin  hakimiyyəti  xain  vəzir 

Rast 

Rövşənin əlinə keçmişdi.  Çin xaqanı  isə hakimiyyətdə boşluq 



görüb  ölkəyə  qoşun  çəkir.  Bəhram  nəhayət  ayılır,  işləri 

yoluna qoyur və marağada qeyb olur.  Bunlar ibrət idi.

Nizami  zahiri  bədii  bəzək-düzək  içində  Azərbaycan 

hökmdarlarının  diqqətini  öz  əsərlərindəki  şahların  işlərindən 

ibrət götürməyə çağırırdı.

Nizaminin  yaşadığı  dövrdə  də  elm  və  ədəbiyyat-sənət 

sahibləri  var  idi.  Demək  olmaz  ki,  onların  yaratdıqlarından 

Azərbaycana  xidmət  nümunəsi  yox  idi.  Ancaq  onların  bir 

çoxu  qorunmamışdır.  Qalanlar  isə  əsas  etibarı  ilə  ya  dövrün 

hökmdarlarına  ithafnamələr  və  ya  ərəb-fars  ideologiyasını, 

milli  dəyərlərini  zənginləşdirən  əsərlərdən  ibarət  olmuşdur. 

Nizami  dövründə  yaşamış  Fəxrəddin  Əbülfəzi  İsmayıl  ibn əl- 

Musanna  ət-Təbrizinin  yazdığı  «Tarixi  Azərbaycan»  («Azər­

baycan  tarixi»)  adlı  kitab  bizə  gəlib  çatmamışdır.  Çatsa  idi 

dövrün  haqqında,  həmçinin,  Azərbaycanın  tarixi  keçmişi  ba­

rədə  maraqlı  məlumat  əldə  etmək  mümkün  olardı.  Dövrün 

alim şəxslərindən biri Gəncəli  Əbu Həfz Ömər ibn Osman ibn 

Şüeyb  əl-Cənzinin  «Əl-hasil»  («Vücada gələn,  yaranan»)  adlı 

əsərinin  əlyazması  indi  də  Paris 

Milli 


kitabxanasında 

saxlanılır.  Bunlardan  başqa  dövrün  görkəmli  alimlərindən 

Tacəddin  Əbül  Fədail  Məhəmməd  ibn  əl-Hüseyn  ibn 

Abdullah  əl-Urməvinin,  Əmin  əd-Din  Müzəffər  ibn  Əbu

25




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin