Nizamidə azərbaycançılıq
təyinatla yerinə yetirilirdi. 851-ci ildə isə xəlifə Azərbaycan,
Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn
Yəzid Əş-Şeybaniyə həmin ərazini iqta payı kimi bağışladı.
Dərdənddə yaradılmış Əmirlik qurumu monqol istilasına qə-
dərki müddətdə Xilafətin tabeçiliyində Xilafət tərəfindən
təyin olunan hakimlər tərəfindən idarə olunurdu.1
VIII əsrin əvvəllərində Albaniyada dövlətçiliyə son
qoyulsa da Mehranilər sülaləsinə mənsub feodal hakimlər
Arsakda öz mülklərini qoruyub saxlamışdılar. Beləliklə, tarixi
alban vilayəti olan Arsakda ərəblərə cizyə, vergi və xərac
verməklə knyazlıq səviyyəsindəki Sünik və Arsak-Xaçm adlı
dövlətçilik qurumu formalaşdırıldı. XII əsrin sonu, XIII əsrin
əvvəllərində Arsak ərazisində təşəkkül tapan Xaçın knyazlığı
qədim Albaniyanın bir hissəsi idi. 1224-cü ildə Xarəzmşah
Cəlaləddinin hücumu zamanı Xaçına hakimlik edən Həsən
Cəlal vergi sayəsində knyazlığı dağılmaqdan qurtarır. Arsak-
Xaçm knyazlığı XV əsrə qədər öz mövcudluğunu saxlamaqda
davam edir.2
Ərəblərin Azərbaycanı işğal etməsi ilə yaranan
dövlətçilik qurumlarından biri də Şəki məlikliyi olmuşdur.
Xəlifə I Validin dövründə (705-715) Albaniyanı bir dövlət
kimi ləğv edən, buranı Xilafətin canişinlikləridən birinə
çevirən ərəblər bölgədə ağalığı saxlamaq üçün Şəkini
özlərinin strateji bazası etdilər. Şəki məlikliyi 1207-ci ildə
Xarəzmşah Cəlaləddini ələ keçirdikdən sonra oraya Səfıəddin
Məhəmməd əl Tuğranini Şəki və Qəbələnin vəsisi (hakimi)
təyin etdi.3
Azərbaycanın siyasi tarixində qoyduqlan ənənəyə
müvafiq olaraq xırda padişahlıqlar mövcud olmaqda davam
edirdi. Bunlardan biri də X əsrdə yaranmış Sasanilər dövləti
idi. Onlar özlərindən əvvəlki Saciləri əvəz edirdilər. Salarilər
özləri mənşəcə Deyləmi idilər. Deyləm İranda
Qvilan
1 Azərbaycan tarixi. III-VIII əsrin I rübü. II cild. Bakı, «Elm», 2007, s. 338-351.
2 Yenə orada, s. 351-355.
3 Yenə orada, s. 355-363.
21
|