Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə21/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   17   18   19   20   21   22   23   24   ...   174
Mübariz  Yusifov

vilayətinin  şimal-qərb  hissəsinə  verilən  addır.  Deyləmilər 

deyəndə həmin ərazidə yaşayan  etnik təbəqə nəzərdə  tutulur. 

Ədəbiyyatda  Deyləm (Deyləmilər)  «cod saçlı qul» mənasında 

işlədilmişdir.  Deyləm,  həm  də  adı  göstərilən  ərazidə  şəhər 

adıdır.  Bütöv  Azərbaj'cana  sahib  olan  salarilər  Ərdəbildə 

möhkəmlənməklə  bütün  Ərminiyəyə,  Şirvana  və  Dərbəndə 

qədər  olan  ərazilərdə  yerləşmişlər.  Salarilər  dövləti  40  il 

müddətində 

yaşaya  bildi. 

Nəhayət, 

987-88-ci 

illərdə 

hakimiyyət  R əw adi  hakimi  Əbülheysin  ixtiyarına  keçdi. 

Rəvvadilər dövləti X əsrin sonlarından başlayaraq təqribən bir 

əsr  ərzində  Azərbaycanın  siyasi  səhnəsində  özünə  yer  tuta 

bilmişdir.  1116-17-ci  ildə  Rəvvadilər  sülaləsinin  hakimiyyəti 

başa  çatmışdır.  Azərbaycanda  X  əsrin  ortalarından  XII  əsrin 

sonunadək  bir  Şəddadilər  dövləti  də  mövcud  olmuşdur. 

Onların  hakimiyyət  coğrafiyası  Gəncə,  Naxçıvan,  Dvin  və 

Ani  ərazilərini  əhatə  etmişdir.  1130-cu  ildə  Şəddadilər 

hakimiyyəti 

Səlcuqilərin 

gəlişi 


nəticəsində 

süquta 


uğramışdır.1

XI  əsrin  əvvəllərində  oğuz  dəstələri  Cənubi  Qafqaz 

ərazisində  göründülər.  1018-1021-ci  Araz  çayını  keçən 

oğuzlar  cənub  istiqamətindən  Arran  torpaqlarına  gedərək 

Naxçıvan,  sonra  isə  Dəbil  ərazisinə  daxil  oldular.  1029-cu 

ildə  Gürcüstan  torpaqlarına  qədəm  basdılar.  1038-ci  ildə 

Toğrul  bəy  Səlcuqilər  sülaləsinin  ilk  hökmdarı  elan  edildi. 

1055-ci  ildə  böyük  soltan  Toğrul  Bağdada  gələrək  Abbasi 

Xəlifəsi  əl-Qaimin  (1031-1075)  öz  əlindən  soltanlıq  taxt- 

tacım  qəbul  etdi.  XI  əsrin  70-ci  illərinin  sonunda  bir  çox 

ölkələrlə  yanaşı  Azərğaycan  da  böyük  Səlcuq  imperiyasının 

tərkibinə  daxil  edildi.  İmperiyanın  yaradıcısı  və  əsas 

hərəkətverici qüvvəsi isə oğuz tayfası  idi.1

 2

Böyük  Səlcuq soltanlarının hakimiyyəti illərində  (1097- 



1157)  biri  digərindən  asılı  olmayan  ауп-ауп  soltanlıqlara 

parçalanmış  Səlcuq  dövləti  tənəzzülə  uğradı.  Bu  parçalanma

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  II cild.  Bakı, «Elm», 2007, s.  363-386.

2 Yenə orada, s.  387-393.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin