Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə29/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   25   26   27   28   29   30   31   32   ...   174
Mübariz  Yusifov

düşməsində  çətinliklər  baş  verirdi.  Çünki  türkdilli  xalqlar 

vahid türkdilli bir dövlət yarada bilməmişdilər ki,  bu xalqların 

içərisindən  çıxan  söz  ustalan  ümumi  normalara  malik  olan 

dildə  bir-birini  asan başa  düşə  bilə  idilər.  Daha  sonra,  farsdi­

lli  ədəbiyyatın  ən  seçilmiş  nümunələri  hökmdarlara  həsr 

olunurdu.  Hökmdarlara  həsr  olunan  əsərlərin  isə  qorunma 

ehtimalı  daha çox idi.  Türk dillərinin birində yazılmış əsərlər, 

daha dəqiq və çəkinmədən desək, milli şüurun oynamadığı bir 

məqamda  kimin tərəfindən  qorunub  saxlanmalı  idi?  Olsun  ki, 

tarixlərdə  türk  mənşəli  böyük  sənətkarlar  ana  dilində 

möhtəşəm  əsərlər  yaratmışlar.  Ancaq  onlardan  nə  qədəri  bi­

ganəlik  mühitində  zəmanəmizə  qədər  gəlib  çıxmışdır? 

Olduqca  az,  cüzi  miqdarda.  Baxmayaraq  ki,  Azərbaycan 

mənşəli  söz  ustalan  özlərinin  möhtəşəm  əsərlərini  fars 

dilində  yaratmışlar,  hər  halda,  bu  əsərlərin  içərisində  Azər­

baycanın da payı  vardır.  O baxır,  hansı  müəllif öz əsərlərində 

milliliyə  nə  dərəcədə  yer  ayırmışdır.  Nizaminin  əsərlərinə 

gəlincə,  tam  haqqımız var deməyə ki,  onun  əsərlərinin  yalnız 

zahiri  farsdır.  Nizaminin  bütün  əldə  olan  əsərlərinin  ruhu 

Azərbaycandır və  Azərbaycanla  bağlıdır.  Bu  böyük  şəxsiyyət 

heç  zaman  öz  milli  mənşəyinə  və  etnik  təəssübkeşliyinə 

biganə  olmamışdır.  O  öz milli  düşüncələrini,  Azərbaycançılıq 

ideyalarını fars dili pərdəsi  ilə örtülü şəkildə vermişdir.  Təsvir 

etdiyi  bütün  hadisələrin  bədii  bəzək-düzəyi  altında  öz  milli 

təəssübkeşliyini  tam  təfərrüatı  ilə  canlandırmışdır.  Nizami 

əsərlərini  oxuduqca,  onun  dilini  təhlil  etdikcə  belə  bir  fikrə 

haqqa qazandırmaq olur ki, bu əsərlərin  ancaq zahiri, görünən 

tərəfi  farsçılığa  aiddir,  batini,  ruhu,  milli  dəyərləri  ancaq  öz 

xalqına,  Azərbaycana  məxsusdur.  Onun  üzərindən  zahiri 

pərdəni, bər-bəzəyi,  rəngarəng bədii  örtüyü götürdükdə aşağı, 

alt  qatda  Azərbaycançılıq  ümmanının  çağladığını  müşahidə 

etmək  olur.  Şair  özü  də  sözə  bər-bəzək  vurduğunu,  zahiri 

«qabıq»  içərisində  «məğzi»  (batini)  əsas  götürdüyünü  etiraf 

edir:


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin