Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə25/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   21   22   23   24   25   26   27   28   ...   174
Mübariz  Yusifov

Məhəmməd  ibn  İsmayıl  ibn  Əli  ət-Təbrizinin,  Əbül  Fazl 

Mahmud  ibn  Əhməd  ibn  Məhəmməd  əl-Ərdəbilinin, 

Kəmaləddin  əbu  Nəsr  Yunis  ibn  Mənsur  ibn  İbrahim  əş- 

Şirvaninin,  əbu  Zəkəriyyə  Yəhya  ibn  Əli  (Xətib  Təbrizinin) 

və başqalarının adlarını göstərmək olar.1

Bu  dövrdə  bir  çox  Azərbaycanlı  bədii  sənət  ustaları  da 

yetişmişdi  ki,  onların  əksəriyyəti  hökmdarların  sarayında  ya­

zıb  yaradır və  saray  ədəbiyyatı  nümunələrinin  zənginləşdiril- 

məsinə xidmət edirdilər.

Fars  dilində  yazılan  ədəbi-bədii  nümunələr  aydırdır ki, 

fars  dilinin  bədii  üslubunu,  fars  poeziya  incəliklərinin 

zənginləşməsinə xidmət etmişdir.

XII  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycanda  çox 

görkəmli  ədəbi-bədii  sənət  ustaları  yetişmişdi.  Onlardan 

Əbülüla  Gəncəvi,  Xaqani  Şirvani,  Fələki  Şirvani,  İzzəddin 

Şirvani,  Mücirəddin  Beyləqani  kimi  sənətkarlar  xüsusilə 

məşhur olmuşlar.  Şirvanşahlar sarayında hələ  X-XI  əsrlərdən 

fəaliyyət  göstərən  şairlər  məclisinə  böyük  istedad  sahibi 

Əbulüla  Gəncəvi  rəhbərlik  edirdi.  Əbülüla  Gəncəvi  Qətran 

Təbrizinin  yetişdirməsi  idi.  Şirvanşahlar  sarayında  böyük  nü­

fuz  qazanmışdı.  Əbülüla  Gəncəvidən  sonra  şairlər  məclisinə 

Əfzələddin  Xaqani  Şirvani  (1126-1199)  başçılıq  etmişdir. 

Doğrudur,  Xaqaninin  bu gün əlimizdə  ana dilində yazdığı  heç 

bir nümunə  qalmamışdır,  ancaq  onun  əsərlərində  Azərbaycan 

sözlərinin  işlədilməsinə  də  təsadüf  edilir.  Xaqaninin  bir 

beytində belə deyilir:

Məra dər parsi fohşi ke quyənd 

Be torki çərxeşan quyəd ki, sənsən

(Farsca  mənə  söyüş  desələr  çərxi  fələk  onlara  türkcə 

deyər ki,  sənsən).

Xaqaninin  divanında  da  çoxlu  Azərbaycan  sözlərinin 

işlədilməsinə  rast  gəlmək  olur.  Bunlara  aid  su,  tanrı,  vuşaq

1 Azərbaycan tarixi. Ш-ХШ əsrin I rübü.  II cild. Bakı, «Elm»,  2007, s.  517-524.

26


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin