Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə23/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   19   20   21   22   23   24   25   26   ...   174
Mübariz  Yusifov

Azərbaycanın 

üstündə 

gəzən 


yad 

əllərin 


tuşladığı 

istiqamətlərdəki  məkanlara  xidmət  edirdi.  Daha  dəqiq  desək, 

elm  və  mədəniyyət ərəblərə,  bədii  sənət və  ədəbi  yaradıcılıq 

farslara  və  fars  mədəni  irsinin  zənginləşdirilməsinə  xidmət 

edirdi.  Nizamidən  əvvəlki  vaxtlarda  olduğu  kimi,  Nizami 

dövründə də Azərbaycanda çox güclü elmi  və ədəbi-bədii  po­

tensial  mövcud  idi.  Bu  yaxşı  idi.  Çünki  bünövrədən 

Azərbaycan  xalqında  intellektual  potensial  güclü  olmuşdur. 

Ancaq  bu  faktdan  da  qaçmaq mümkün  deyil  ki,  dövrün  yetiş­

dirdiyi intellektlər Azərbaycan elminə, mədəniyyətinə,  ədəbi- 

bədii  sənətinin  inkişafına  xidmət  edə  bilməmişdir.  Səbəb 

budur  ki,  hakimiyyətdə  təmsil  olunan  qüvvələr  çörəyini 

yediyi,  suyunu  içdiyi,  nemətlərindən  bəhrələndiyi  xalqın 

mənafeyi  barədə  düşünməmişlər.  Azərbaycan  mənşəli  dövlət 

başçılarının  səhvi  onda  idi  ki,  onlar  özlərinin  hakimiyyətləri 

dövründə  milli  şüuru  oyatmaq  əvəzinə  vaxtlarını  sərvət 

toplamağa  və  eyş-işrət  məclisləri  qurmağa  sərf  edirdilər, 

özlərindən  sonrakı  dövr üçün heç bir əməli  iş  görə bilməMiş- 

dilər.  Ona  görə  də  onların  hakimiyyətləri  arasında  varislik 

yarana bilmədi.

Nizami  Gəncəvi  Azərbaycan  hakimlərinin  xalqın  milli- 

mənəvi  dəyərlərinə,  milli  şüurunun  formalaşdırılmasma, 

milli-mənəvi  sərvətin  gələcək  nəsillərə  onun  öz  dili  ilə 

çatdırılmasına etinasızlığını  və  laqeydliyini  «Xosrov  və  Şirin» 

poemasında  Xosrovun  dövlət  işlərini  atıb  key  məclisləri 

qurmasında,  «Yeddi gözəl» poemasında Bəhram şahın vaxtını 

yeddi  iqlimdən  gətirdiyi  qızlara  keçirdiyi  eyş-işrətlərdə  açıb 

göstərir.  Xosrovun  dövlət  işlərini  buraxıb  eyş-işrətə  qurşan- 

masının  nəticəsi  nə  oldu?  O  nə  ölkəsinin  əhalisinə  bir  xeyir 

verə  bilmədi,  nə  də  öz  övladma  tərbiyə.  Ailə  tərbiyəsini  gör­

məyən  övlad,  atasının  eyş-işrətlə  nəfəs  aldığından  başqa  bir 

tərbiyə götürə bilməyən oğul beynində eyiş-işrətdən başqa bir 

şey yarada  bilməmişdi.  Odur ki,  Xosrov  özü yaratdığı,  bünöv­

rəsini  əvvəldən  qoyduğu  faciənin  də  qurbanı  oldu.  Oğul 

atasının əhli-əyalına göz yetirdi  və  onun qətlinə  fərman verdi. 

Bunu Füzuli  çox yaxşı deyib:

24


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin