Nizamidə azərbaycançılıq
V -
(uşaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və b.
nümunələri misal göstərmək olar.1
Xaqaninin «Həbsiyyə» adlı qəsidələr silsiləsində,
«Töhfətül-İraqeyn» (İki İraqın töhfəsi) məsnəvisində və
«Mədain xərabələri» əsərlərində fəlsəfi fikirlərin təcəssümü
əsas yer tutur.
Şirvanşah III Mənuçöhrün sarayındakı şairlərdən biri də
Əbu Nazim Məhəmməd Fələki Şirvani (1107-1147) ol
muşdur. Onun bədii yaradıcılığı ilə yanaşı «Ehkamun nücum»
(«Ulduzlara dair mühakimələr») adlı elmi əsərinin olduğu ba
rədə də məlumatlar vardır.
Nizami dövrünün nüfuzlu nümayəndələrindən biri də
Məhsəti Gəncəvidir. O, 1089-cu ildə Gəncədə doğulmuş,
1182-83-cü illərdə öldüyü təxmin edilir. Yaradıcılığı əsas
etibarı ilə qəzəl janrına aiddir. Azərbaycanın farsdilli
poeziyasının «qızıl əsri» kimi tarixlərə düşmüş, dövrünün
görkəmli nümayəndələrindən biri də Mücirəddin Beyləqani
olmuşdur. Onun doğulduğu il haqqında dəqiq məlumat yox
dur. 1190-cı ildə Təbrizdə öldüyü təxmin edilir.
Dövrün tanınmış şairlərindən biri də Qivami Mütərrizi
Gəncəvidir. Doğulduğu tarix dəqiq məlum deyil. 1190-cı ildə
vəfat etdiyi barədə məlumatlar vardır. Mənbələrdə Nizaminin
əmisi oğlu və ya qardaşı olduğu göstərilir.
Bu qısa xülasələrdən aydın olur ki, Nizami mühiti siyasi
cəhətdən Azərbaycanın bütövlüyünün, stabil dövlətçilik quru
munun formalaşmadığı, milli şüurun oyanmasına təsir
göstərən amillərin mövcud olmadığı bir mərhələyə aid idi. El
mi əsərlər ərəb elminə xidmət edirdi, ədəbi-bədii nümunələr
isə fars ədəbiyyatının zənginləşdirilməsinə yönəldilmişdi.
Doğrudur, o zaman fars dili şeir-sənət dili kimi öz
hüdudlarından daha geniş bir areala hakim kəsilmişdi. Ərəb
dili isə dini ehkamların təbliğindən daha artıq ərəb siyasi-
ideoloji dünyagörüşünün yayılmasına xidmət edirdi. Bu bir
həqiqətdir ki, öz zamanında ərəblər başqa xalqlar kimi islamı
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. II cild. Bakı, «Elm», 2007, s. 533.
' %%
21
|