Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə17/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   13   14   15   16   17   18   19   20   ...   174
*

x

ı 7 l

Respublikası  Prezidentinin 

İşlər idarəsi

PREZİDENT KİTABXANASI


Mübariz  Yusifov

apanlması  dövlət  idarələrində  işləyən  yerli  Azərbaycanlı  mə­

murlar  üçün  bu  dili  bilməyi  vacib  etmişdi.  Ərəb  dilini 

bilməyənlərə hətta,  adi vəzifələr də verilmirdi.  Tədricən ərəb 

dilinin  işğalçının  dili  olduğu  unuduldu.  Artıq,  bir-iki  əsrdən 

sonra  bu  dili  bilmək  mədəniyyət  göstəricisinə  çevrildi. 

Quranın  yalnız  yazıldığı  dildə  öyrənilməsi  də  ərəb  dilinin 

işlənmə  və  mənimsənilmə  arealını  genişləndirdi.  Hər  bir 

müsəlman  millətindən  asılı  olmayaraq  ərəb  dilini  öyrənməyə 

çalışırdı.  Ümumiyyətlə,  o  dövrdə  hər  bir  müsəlman  hər 

şeydən  əvvəl  dini  icmanın  üzvü,  ondan  sonra  isə  bu  və  ya 

digər  yerin  sakini,  hər  hansı  millətin  nümayəndəsi  idi.  Ona 

görə  də  milli-etnik  sərhədlər  getdikcə  zəifləyir,  yox 

dərəcəsinə  çatır,  dini  mənsubiyyət  isə  çox  işdə  əsas  amil  he­

sab  olunurdu.  Bəzən  mənşəcə  ərəb  olmayan,  lakin  əsərlərini 

ərəb  dilində  yazan  hər  hansı  alimin  və  ya  yazıçının  etnik 

mənsubiyyətini  müəyyənləşdirmək  və  üzə  çıxarmaq  çətin, 

hətta,  qeyri-mümkün  olurdu.  Belələrinin  Xilafətin  mənəvi 

həyatında  iştirakı  ümumi  ərəb-müsəlman  mədəniyyətinin 

inkişafına  səbəb  olur,  onlar  həm  ərəb,  həm  də  öz  milli 

mədəniyyətlərinin  nümayəndəsi  kimi  çıxış  edirdilər».1  Ancaq 

onu  nəzərə  almaq  lazımdır  ki,  qeyri-ərəb  alimləri  öz  əsərləri 

ilə  öz milli  mədəniyyətlərinin  nümayəndəsi  kimi  çıxış  etsələr 

də  onların  yaratdığı  əsərlər  ümumi  ərəb  kontekstində  əriyib 

gedirdi  və  bunlar  onlann  aid  olduğu  etnik  təbəqənin  milli 

sərvətinə  çevrilə  bilmirdi.  Aşağıda  adları  göstərilən  alimlərin 

yaratdığı  əsərlər,  zahirən  də  olsa  göründüyü  kimi,  islam 

mədəniyyətinin, islam ictimai  şüurunun inkişafına yönəlmişdi. 

Mənbələrdə  Əbubəkr  Məhəmməd  əl-Bərdəinin  adı  çəkilən 

«Kitab  əl-Mürşid  fil-fıqh»  («Fiqhə  dair  düzgün  yol  göstərən 

kitab»),  «Kitab  ər-rədd  alə  əl-müxalifın  fil-fıqh»  («Fiqhə

1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü.  Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s. 

284-285.

18


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin