Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə13/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   9   10   11   12   13   14   15   16   ...   174
Mübariz  Yusifov

Ermənistam  deyil,  eləcə  də  keçmiş  Albaniya və  İberiya ərazi­

lərini  də  birləşdirirdi.  Yeni  ərəb  inzibati  termininin  yuxanda 

adı  çəkilən  ölkələrə  də  şamil  edilməsi  Bizans  imperatoru  I 

Yustinianm  (527-565)  islahatlan  nəticəsində  VI  əsrin 

ortalannda yaranmış  Bizans Ermənistanı  inzibati vahidinin adı 

ilə  bağlı  idi.  Ərəblərəqədərki / inzibati  qurumundan  miras 

qalmış  «Ərəb  Ərminiyəsi»  inzibati  adının  yaranmasına  başqa 

obyektiv  səbəblər  də  təsir  edib:  əvvəla,  ərəblər  hələ  Azər­

baycan  torpaqlanna  qədəm  basmamış,  artıq,  639-640-cı  illər­

də Mesopotamiya yürüşü zamanı  Bizansın tabeliyində olan er­

məni  torpaqlarını  ələ  keçirmiş,  ikincisi  isə  ərəb  işğal  zonasını 

idarə edən canişinin qərargahını ermənilərin baş şəhəri  Dəbil- 

də  -   Dvində  yerləşdirmişdilər.  Təbii  ki,  özlərindən  əvvəlki 

bizans  inzibati  idarə  sisteminə  varis  çıxmış  ərəblər  başqa 

yerdə  olduğu  kimi,  burada  da  köhnə  dövrə  aid  «Ərminiyə» 

adını  saxlamışdılar.  O  da təbiidir ki,  işğal  prosesində  əllərinə 

keçən  yeni  həmhüdud  yerləri  də  onlar  artıq  tabeliklərində 

olan  zonaya  qatmış,  bir  bölgədə  yerləşən  bu  torpaqları 

«Ərminiyə»  adlandırmış,  bütün  Cənubi  Qafqazdakı  işğal 

zonasının  idarəsini  Dəbildə  oturan  ərəb  canişininə-amilinə 

həvalə  etmişdilər.  Bu  obyektiv  səbəblərlə  yanaşı  qədim 

kitablardan  faydalanan  erkən  ərəb  müəlliflərinin  (İbn 

Xordadbeh,  İbn  əl-Fəqir və  b.)  islamaqədərki  siryani  xristian 

ədəbiyyatından 

istifadə 

etmələri 

də 


mümkündür, 

bu 


ədəbiyatdan olan məlumata görə  Qurcan  (Gürcüstan) və Aran 

(Albaniya)  hələ  ərəblərəqədərki  dövrdə  «Ermənistanda  olan 

torpaqlar» adlanırdı.

VII əsrin axırlarında ərəblərlə əks cəhətdə olan Bizansa 

qarşı  ideoloji  müharibədə  erməni  din  xadimlərinin  etdikləri 

xidmət  müqabilində  xəlifənin  göstərdiyi  iltifat  və  yürütdüyü 

qərəzli 

siyasət 


bu 

inzibati 

adm  bir 

qədər 


möhkəmlənməsinə  səbəb  oldu.  (Açıq-aydın  görünür  ki, 

ermənilərin  ikiüzlülüyü,  xəyanətkarlığı,  hər  gələnin  qarşısın­

da  qulluq  etməyə  və  satqınlığa  mcylliliyi  hələ  qədimlərdən 

bəri  davam  edən  milli-psixoloji  bir  etiket  olmuşdur).  Belə  bir 

qərəzli  siyasətin  nəticəsidir ki,  sasanilər  dövründə  Xəzəryanı

14


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin