Mübariz Yusifov
Şah dediyin ki var, tənəkdir, tənək,
Kim uzaqsa ona ilişməyəcək.
Y G. 2004, 57.
Hökmdarlığın xeyirxahlığı içərisində gizlənən təhlükə
qorxusunu Füzuli də poetik bir dillə ifadə etmişdir:
Şəm qürbilə təfaxür qılma ey pərvanə kim
Xirməni ömrün göyər bərqi-fənadən ənqərib
F, I, 84, 6
(Ey pərvanə, şama yaxan olmaqla fəxr etmə, öyünmə
ki, ömrünün xırmanı təsadüfi bir qığılcımdan yanıb kül olar;
yəni dövrün hökmdarlarında o dərəcədə etibar yoxdur ki,
daim onlara yaxın olmaqla öyünəsən. Bir fəna qığılcımdan
ömrün puç olub gedər).
Nizamidə şəxsiyyət azadlığı çox müxtəlif bədii üslub
larla canlandırılır. Nizami sosial ədalət görmədiyi vətənində
daim azadlıq və sərbəstlik ideyalarının baş tutmasını istəyirdi.
Ancaq Nizami dövründə bu yox idi. Ona görə də böyük
mütəfəkkir dünya şöhrətli əsərləri ilə öz azadlıq ideyalarını
gələcək nəsillərə bədii təsvirlər vasitəsi ilə çatdırmağı özünə
borc bilirdi.
Dostları ilə paylaş: |