Nizamidə azərbaycançılıq
Fərhadın da azadlıq amalı və idealı bunun kimidir.
Çünki bu amal nə Məcnundan, nə də Fərhaddan gəlir. Bu
amal azadlıq ideyalarını ana vətəni Azərbaycan məkanına
gətirib çıxaran böyük Nizamidən gəlir:
Şirinin yolunda görsə bir tikan
Öpərək bağrına basardı haman
Hər dəfə dilinə gələndə o ad
Torpağı yüz dəfə öpərdi Fərhad
Gendən baxan zaman Qəsri-Şirinə
Canını didərdi paltar yerinə
Vəhşi atlar kimi çöldə qaçaraq
Vəhşilərlə munis olmuşdu ancaq.
Dünyanın toruna düşən heyvanlar
Onun dörd yanında qurmuşdu hasar.
X-Ş, 2004, 188-189.
Bu sözlər bədii canlandırmadır, bər-bəzəkdir. Bu canlı
bər-bəzəyin arxasında, daxildə, içəridə, batində Nizaminin
azadlıq arzuları təcəssüm olunurdu. Azadlıq elə bir xoş
arzudur ki, hər zaman insanın fikrini və düşüncəsini məşğul
edir. Nizami «İskəndərin peyğəmbərlik səfərinə çıxması» he
kayəsində bunu qoşun əhlinin adından da bəyan edir. Çətin
yollardan keçən insanlar yorulur, bezikir. Elə bir məkana
yetişirlər ki, burada qış da bahar kimidir. Orada əzab-əziyyət
yoxdur. Məcburiyyət yoxdur. Kiminsə kiməsə təzyiqi yoxdur.
Ona görə də həmin məkanı görənlər bir daha geri qayıtmaq
istəmir. Nizami azadlığın bəhrəsini duyan bir əsgərin
timsalında bu naməlum xoşbəxt diyar haqqında belə deyir:
Baxdıqca keçdiyim qorxunc yollara
Qəlbim sıxıntıdan gəldi zinhara
Bu tayın yolları düzdür, hamardır
Hər yana baxırsan, yaşıl bağlardır.
Boldur gül-çisəyi, suyu, meyvəsi
59
|