Mübariz Yusifov
Nə qədər vardısa orada alim
Hamıya olmuşdu o ilk müəllim
Əflatun onlardan üz döndərərək
Yox oldu saraydan ənqa quşu tək
Gecəli-gündüzlü düşündü ustad
Gizlində o bir saz elədi icad
Alim sazı alıb səhraya getdi
Hər bir nisbət üçün onu kök etdi.
Çöldəki, dağdakı bütün heyvanlar
Yüyürdü yanma onun hər nə var.
Müəyyən pərdədə bir hava çalır
Ki, bütün heyvanlar yuxuya dalır
Başqa bir pərdədə çaldığı zaman
Yatanlar hamısı durur yuxudan.
İII, 2004, 73-75.
Əflatun niyə səhraya üz tutur? Çünki səhrada, artıq,
onun azadlığına, sərbəstliyinə, müstəqilliyinə toxunan, fikir
və düşüncələrinə dolaşan yoxdur. Hətta, səhra heyvanları be
lə insan cəmiyyətindəki məkrli, riyakar, işi ilə əməli düz
olmayan insanlardan üstündür. Əflatun çöl heyvanlarının vəh
şi olmasına baxmayaraq onu daha yaxşı duyduqlarından məm
nundur.
Sokratm səhraya üz tutmasında da şəxsiyyət azadlığı
motivləri canlandırılır.
Şahın bilik sevən könlü o gün də
İstədi Sokratı görsün önündə
Dedilər: «Xəlvətə çəkilib daim
Xalq ilə get-gəli kəsib o alim.
Elə üz döndərib dünya işindən
Gorda dürr tapıbdır qoca, deyəsən.
Qohumdan, qardaşdan üz döndərərək
Yaşayır kənarda, bir bucaqda tək.
Tərgidib tamamən o ət yeməyi,
56
Dostları ilə paylaş: |